Bakıda İslam Əməkdaşlıq Təşkilatının
üzvü olan
ölkələrin Gənc İş
Adamları Şəbəkəsi təsis olunmuşdur
Bakıda
Heydər Əliyev Fondu, Dialoq
və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF)
və Azərbaycan hökumətinin birgə təşkilatçılığı
ilə iki gün davam edən İslam Əməkdaşlıq
Təşkilatı Ölkələri - Gənc İş Adamları Şəbəkəsinin
(İƏT GİAŞ) təsis qurultayı noyabrın
23-də başa çatmışdır.
AzərTAc
xəbər verir ki, qurultayın ikinci günündə İƏT
GİAŞ-ın ayrı-ayrı ölkələrdən olan
regional əlaqələndiriciləri seçilmişdir.
Avropa,
Asiya, Afrika və digər regionlardan seçilən nümayəndələr
islam ölkələri gənclərinin sahibkarlıq fəaliyyətinin
güclənməsi istiqamətində təcrübələrin
qarşılıqlı öyrənilməsi və müxtəlif
fikir mübadilələrinin aparılması üçün
görüşlər təşkil edəcək, şəbəkənin
iclaslarını keçirəcəklər.
Tədbirdə
"Biznes qurmanın yolları: regional və qlobal perspektivlər",
"İƏT ölkələri iqtisadiyyatının şaxələndirilməsində
gənclərin rolu" və digər mövzular üzrə
işçi qruplarda müzakirələr
aparılmışdır.
Sonda
İƏT GİAŞ-ın idarə heyəti
seçilmiş, Bakı Fəaliyyət Planı, şəbəkənin
fəaliyyət istiqamətlərini, eləcə də onun
hüquqi statusunu müəyyən edən İşçi Sənəd
və Nizamnamə qəbul edilmişdir.
Qeyd
edək ki, şəbəkə İƏT-in üzvü olan
ölkələrində fəaliyyət göstərən gənc
iş adamları üçün birgə fəaliyyət
üzrə platforma rolunu oynamaqla onlar arasında biznes sahəsində
məlumat mübadiləsi, iqtisadiyyatın inkişafına
töhfə verə biləcək biznes fəaliyyətinin
stimullaşdırılmasına, o cümlədən qlobal səviyyədə
innovativ ideya və təcrübə mübadiləsinin həyata
keçirilməsinə imkan yaradacaqdır.
Bakı
tədbirinin nəticələri cari il dekabrın 3-5-də
İstanbulda keçiriləcək işgüzarlıq üzrə
II Qlobal Sammiti iştirakçılarına təqdim
olunacaqdır.
Azərbaycan.- 2011.- 24 noyabr.- S. 3.