«Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında» Sazişin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının 2011-ci il 25 oktyabr tarixli 211 IVQD nömrəli Qanununun tətbiqi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı  

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında" Sazişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 25 oktyabr tarixli 211-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:

1. "Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında" Sazişin 27-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş səlahiyyətli orqanlar barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2. "Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında" Sazişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 25 oktyabr tarixli 211-IVQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 noyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 24 noyabr.- S. 4.