“Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini
rəhbər tutaraq qərara alır:
“Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004, ¹ 1, maddə 9, ¹ 8, maddə 598, ¹ 9, maddə 668; 2007, ¹ 4,
maddə 320, ¹ 5, maddə 446, ¹ 7, maddə 712, ¹ 11, maddə
1078; 2008, ¹ 6, maddə 470, ¹ 7, maddə 608; 2010, ¹ 7, maddə
590; 2011, ¹ 4, maddə 266) 73.8-ci maddəsi
aşağıdakı redaksiyada verilsin:
“73.8.
Pensiya yaşına çatmamış istefada olan Konstitusiya Məhkəməsinin
hakimi pensiya yaşına çatana qədər fəaliyyətdə
olan Konstitusiya Məhkəməsi hakiminin aylıq vəzifə
maaşı məbləğində dövlət büdcəsinin
vəsaiti hesabına aylıq pul təminatı alır.”.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 sentyabr
2011-ci il.
Azərbaycan.- 2011.- 24 noyabr.- S. 4.