“Prokurorluq
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini
rəhbər tutaraq qərara alır:
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 12, maddə 688; 2000, ¹ 7, maddə 494; 2002, ¹ 8, maddə 464; 2004, ¹ 1, maddə 10, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 4, maddə 202; 2005, ¹ 10, maddələr 874, 876, 902; 2006, ¹ 11, maddə 927; 2007, ¹ 1, maddə 1, ¹ 2, maddə 82; 2009, ¹ 6, maddə 399, ¹ 11, maddələr 877, 878; 2010, ¹ 11, maddə 944; 2011, ¹ 4, maddə 269) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddədə:
1.1. dördüncü abzasda “prokurorluğun müstəntiqləri,” sözlərindən sonra “prokurorluğun əməliyyatçıları,” sözləri əlavə edilsin;
1.2. dördüncü və beşinci abzaslar müvafiq olaraq beşinci və altıncı abzaslar hesab edilsin və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
“əməliyyatçı – korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının mühüm işlər üzrə böyük əməliyyatçıları və mühüm işlər üzrə əməliyyatçıları;”.
2. 4-cü maddənin birinci hissəsinin ikinci abzasında “istintaq aparır” sözlərindən sonra “, habelə korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirir” sözləri əlavə edilsin.
3. 9-cu maddənin ikinci hissəsinin ikinci cümləsində “prokurorlar və müstəntiqlər” sözləri “prokurorlar, müstəntiqlər və əməliyyatçılar” sözləri ilə əvəz edilsin.
4. 29-cu maddədə:
4.1. maddənin adında “və prokurorluğun müstəntiqi” sözləri “, prokurorluğun müstəntiqi və əməliyyatçısı” sözləri ilə əvəz edilsin;
4.2. birinci hissədə “prokurorluğun müstəntiqi” sözlərindən sonra “və əməliyyatçısı” sözləri əlavə edilsin, “və ya müstəntiq” sözləri “, müstəntiq və ya əməliyyatçı” sözləri ilə əvəz edilsin;
4.3. ikinci hissənin beşinci abzasında “və ya prokurorluğun müstəntiqi” sözləri “, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı” sözləri ilə əvəz edilsin;
4.4. ikinci hissənin səkkizinci abzasında “və müstəntiq” sözləri “, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı” sözləri ilə əvəz edilsin.
5. 30-cu maddənin adında və mətnində, 34-cü maddənin birinci hissəsinin doqquzuncu və onuncu abzaslarında “və ya müstəntiq” sözləri “, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı” sözləri ilə əvəz edilsin.
6. 35-ci maddədə:
6.1. birinci hissədə “və prokurorluğun müstəntiqlərinə” sözləri “, prokurorluğun müstəntiqlərinə və əməliyyatçılarına” sözləri ilə əvəz edilsin;
6.2. səkkizinci hissədə “və prokurorluğun müstəntiqlərinin”
sözləri “, prokurorluğun müstəntiqlərinin
və əməliyyatçılarının” sözləri
ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 25 oktyabr
2011-ci il.
Azərbaycan.- 2011.- 24 noyabr.- S. 4.