«Prokurorluq
orqanlarında qulluq keçmə haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
"Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 7, maddə 452, ¹ 12, maddə 731; 2002, ¹ 12, maddə 706; 2005, ¹ 10, maddə 902; 2006, ¹ 11, maddə 927; 2007, ¹ 1, maddələr 1, 4, ¹ 2, maddə 82, ¹ 6, maddə 570, ¹ 8, maddə 756, ¹ 11, maddələr 1078, 1081; 2008, ¹ 3, maddə 155, ¹ 4, maddə 250, ¹ 8, maddə 696; 2009, ¹ 6, maddə 399, ¹ 11, maddələr 877, 878; 2010, ¹ 3, maddə 171, ¹ 11, maddə 944; 2011, ¹ 2, maddə 71) aşağıdakı dəyişikliklər edilsin:
1. 10.0.5-ci maddədə "Baş Prokurorluğun mühüm işlər üzrə müstəntiqləri," sözlərindən sonra "korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının mühüm işlər üzrə böyük əməliyyatçıları və mühüm işlər üzrə əməliyyatçıları," sözləri əlavə edilsin.
2. 17.1-ci maddədə "və prokurorluğun müstəntiqləri" sözləri ", prokurorluğun müstəntiqləri və əməliyyatçıları" sözləri ilə əvəz edilsin.
3. 17.4-cü və 17.5-ci maddələrdə "və prokurorluğun müstəntiqlərinə" sözləri ", prokurorluğun müstəntiqlərinə və əməliyyatçılarına" sözləri ilə əvəz edilsin.
4. 29.2.8 və 29.2.9-cu maddələrdə "və ya müstəntiq" sözləri ", prokurorluğun müstəntiqi və ya əməliyyatçısı" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
25 oktyabr 2011-ci il
Azərbaycan.- 2011.- 24 noyabr.- S. 4.