Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”ni “Əmək miqrasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 250 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 iyun tarixli 452 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 3, maddə 239; 2008, ¹ 1, maddə 4, ¹ 3, maddə 168, ¹ 8, maddə 722, ¹ 11, maddə 970; 2009, ¹ 1, maddə 11, ¹ 4, maddə 221, ¹ 7, maddə 532, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83, ¹ 3, maddə 193, ¹ 7, maddə 625; 2011, ¹ 2, maddə 85, ¹ 3, maddə 178) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 9.11-1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“9.11-1. Azərbaycan Respublikasının ərazisində əcnəbi işçi qüvvəsini cəlb etmək və ondan istifadə etmək üçün icazə vermək, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün “bir pəncərə” prinsipi əsasında fərdi icazələri vermək, onların müddətini uzatmaq, habelə verilmiş fərdi icazələri ləğv etmək; ”.

2. 9.21-1-ci bənddə “müvəqqəti olan” sözlərindən sonra “, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazəsi olan” sözləri əlavə edilsin.

3. 10.3-cü bənddə “habelə” sözündən sonra “onlara haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazələr,” sözləri əlavə edilsin.

4. 10.4-cü bənddən “əməkçi miqrantlara ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin və” sözləri çıxarılsın.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 noyabr 2011-ci il.

 

Azərbaycan.- 2011.- 24 noyabr.- S. 4.