Astanada «Müstəqilliyin 20 ili: kütləvi informasiya
vasitələri və cəmiyyət» devizi
altında Avropa və Asiyanın media nümayəndələrinin VI forumu başa
çatmışdır
Rusiyanın
"RİA Novosti" İnformasiya Agentliyinin dəstəyi ilə
"Müstəqilliyin 20 ili: kütləvi informasiya vasitələri
və cəmiyyət" devizi altında Astanada keçirilən
Avropa və Asiyanın media nümayəndələrinin VI
forumu başa çatmışdır.
Media
forumda MDB, Gürcüstan, Baltik respublikaları kütləvi
informasiya vasitələrinin 250-dən artıq rəhbəri,
meneceri, eksperti iştirak etmişdir.
Forumda
Azərbaycanı Prezident Administrasiyası ictimai-siyasi məsələlər
şöbəsinin sektor müdiri Vüqar Əliyev,
"Exo" qəzetinin baş redaktoru Rauf Talışinski,
"Trend" İnformasiya Agentliyinin baş direktoru İlqar
Hüseynov və "Zerkalo" qəzeti baş redaktorunun
müavini Tofiq Abbasov təmsil etmişlər.
Media
forumda qlobal maliyyə böhranı dövründə mətbuatın
vəziyyəti, informasiya texnologiyalarının sürətlə
inkişaf etdiyi şəraitdə KİV-in fəaliyyətinin
xüsusiyyətləri, müasir dünyada informasiyanın
qarşısına qoyulan tələblər və digər məsələlər
müzakirə olunmuşdur.
Forumda
çıxış edən "7-ci kanal" teleşirkətinin
baş direktoru Bibiqul Jaksenbay bildirmişdir ki, maliyyə
böhranı bir yandan mətbuata zərbə vurmuşdursa,
digər tərəfdən onu keyfiyyətsiz və rəqabətə
davamlı olmayan KİV-dən təmizləmişdir.
Azərbaycan
nümayəndələri ölkəmizdə mətbuatın
vəziyyəti, KİV-lərə dövlətin
qayğısı və mətbuat ilə əlaqədar digər
məsələlər haqqında məlumat vermişlər.
Forumda
MDB, Baltik respublikaları və Gürcüstan KİV-in rəhbərlərini
birləşdirən "Moderator" adlı baş redaktorlar
klubu da yaradılmışdır.
Azərbaycan.- 2011.- 24 noyabr.- S. 5.