Sənaye və
Energetika Nazirliyində İsveç nümayəndə heyəti
ilə görüş olmuşdur
Noyabrın 23-də Azərbaycan Respublikası sənaye və energetika naziri Natiq Əliyev İsveçin xarici işlər üzrə dövlət katibi Frank Belfraqenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Sənaye və Energetika Nazirliyindən AzərTAc-a
bildirmişlər ki, nazir Natiq Əliyev müstəqillik illərində
Azərbaycanda həyata keçirilmiş enerji siyasəti,
layihələr və investisiya proqramları haqqında, həmçinin
ölkənin sənaye potensialı barədə qonaqlara ətraflı
məlumat vermişdir. Qeyd etmişdir ki, müstəqilliyini bərpa
etdikdən sonra Azərbaycanda neft-qaz hasilatı əhəmiyyətli
dərəcədə, 6 dəfədən çox
artmışdır. Bu gün Azərbaycan enerji sahəsində həm
özünün, həm də regional strateji əhəmiyyətli
layihələrin təhlükəsizliyini yüksək dərəcədə
təmin edir.
Sonda
qarşılıqlı maraq doğuran məsələlər
müzakirə edilmiş, fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2011.-24 noyabr.- S. 6.