Auditorlar Palatası Berlində
strateji əməkdaşlıq barədə sazişlər
imzalamışdır
Auditorlar Palatasının sədri Vahid Novruzovun başçılıq etdiyi nümayəndə heyəti Berlin şəhərində Beynəlxalq Mühasiblər Federasiyasının şura iclasında iştirak etmişdir.
Palatadan AzərTAc-a bildirmişlər ki, tədbirdə hesabat və təşkilati işlərlə yanaşı, Beynəlxalq Mühasibat Uçotu və Audit Standartlarının tətbiqi, maliyyə şəffaflığının yüksəldilməsi və korporativ idarəetmənin aktual problemləri üzrə müzakirələr və təcrübə mübadiləsi aparılmışdır.
Səfər çərçivəsində Azərbaycan
Respublikasının Auditorlar Palatası Moldova Peşəkar
Mühasiblər və Auditorlar Assosiasiyası, həmçinin
Rusiya Peşəkar Mühasiblər və Auditorlar İnstitutu
ilə strateji əməkdaşlıq barədə sazişlər
imzalamışdır.
Azərbaycan.- 2011.- 24 noyabr.- S. 6.