CNN: Muğam Azərbaycanın mistik xalq musiqisidir

 

 Muğam Azərbaycanın sirli-sehrli ənənəvi musiqisidir.

AzərTAc xəbər verir ki, CNN telekanalının "Azərbaycana baxış" layihəsi çərçivəsində reportajlarından biri məhz bu nadir sənətə həsr olunmuşdur.

Reportajda tanınmış muğam ifaçısı Alim Qasımov demişdir: "Muğamı ona vurğun insan ifa edirsə, onun ruhunu cismindən ayırıb ilahi bir aləmə aparmaq iqtidarındadır". 

CNN-in müxbiri Cim Klensi qeyd edir: "Muğamın ənənəvi xalq çalğı alətlərinin müşayiəti ilə oxunması səhnənin dekorasiyası qədər əhəmiyyətlidir. Muğam insanı ovsunlayan ritmik bir musiqidir. Alim Qasımov və onun qızı Fərqanə üçün isə ailəvi bir həvəsdir. Muğamı bu ailənin hətta ən kiçik nümayəndələri - tanınmış musiqiçinin nəvələri də ifa edirlər".

Alim Qasımovun sözlərinə görə, muğam onu qanadlarına alıb ilahi bir məkana aparır və o, yalnız ruhunun cismindən qopması sayəsində auditoriyanı ilahi qüdrətə yaxınlaşdıra bilir.

 

 

Azərbaycan.- 2011.- 24 noyabr.- S. 8.