Xəzərə
neft dağılmalarının
qarşısını almaq üçün ölkədə bütün imkanlar var
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) timsalında Xəzərdə karbohidrogenlərin hasilatı ilə bağlı fövqəladə vəziyyətlərin qarşısının alınması üçün bütün imkanlara malikdir.
Trend-in məlumatına görə, bunu Bakıda keçirilən "Yanacaq-energetika komplekslərində sənaye təhlükəsizliyi. Dənizdə və quruda neft dağılmaları" konfransında fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə deyib.
"Hazırda Azərbaycan neft
və qaz ixracı üçün
7 boru kəmərinə malikdir.
Ölkə quruda və dənizdə neft və qaz hasilatı ilə
də məşğul olur. Bu baxımdan
neft dağılmaları ilə
bağlı xəbərdarlıq və onların
qarşısının alınması böyük
əhəmiyyət daşıyır" - deyən
F.Tağızadə bildirib ki, FHN-nin dənizdə
fövqəladə halların qarşısını almaq üçün 11 gəmisi
var və onlardan 7-si yanğınların
qarşısının alınması üçün
nəzərdə tutulub. Eləcə də
nazirliyin balansında amfibiya
təyyarələr və helikopterlər var.
Beləliklə, idarə hasilat
platformalarında və quyuların fontan
vurması zamanı baş verə biləcək
fövqəladə halların qarşısını almaq üçün bütün zəruri avadanlıqlara, nəqliyyat
vasitələrinə və texnologiyalara malikdir.
Azərbaycan.- 2011.- 24 noyabr.- S. 8.