Bosniya və Herseqovinanın Rəyasət
Heyətinin Sədri zati-aliləri cənab Jelko
Komşiçə
Hörmətli cənab Sədr!
Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasında təşəkkül tapan dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Bosniya və Herseqovinanın dost xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 14 noyabr 2011-ci il
Azərbaycan.- 2011.- 25 noyabr.- S. 2.