2011-ci
il sentyabrın 20-də Bakı şəhərində
imzalanmış «Avropa Qeyri-Hökumət
Təşkilatları/ Vətəndaş Cəmiyyətləri
məsləhətləşmə tədbirinin, Kənd Təsərrüfatı
üzrə Avropa Komissiyasının 37-ci
sessiyasının və FAO-nun Avropa üzrə iyirmi səkkizinci
Regional Konfransının keçirilməsi
məqsədilə Azərbaycan
Respublikası hökumətinin və Birləşmiş Millətlərin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
Öhdəlikləri Memorandumu»nun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2011-ci il sentyabrın 20-də Bakı şəhərində imzalanmış "Avropa Qeyri-Hökumət Təşkilatları/ Vətəndaş Cəmiyyətləri məsləhətləşmə tədbirinin, Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyasının və FAO-nun Avropa üzrə iyirmi səkkizinci Regional Konfransının keçirilməsi məqsədilə Azərbaycan Respublikası hökumətinin və Birləşmiş Millətlərin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Öhdəlikləri Memorandumu" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 1-ci hissəsində göstərilən Memorandumun həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlərin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatını xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 noyabr
2011-ci il
Azərbaycan.- 2011.- 25 noyabr.- S. 2.