Azərbaycanın regionları davamlı inkişaf edir

 

 Prezident İlham Əliyevin respublikanın şimal-qərb bölgəsinə səfəri bunu bir daha təsdiqlədi  

 

Ölkədə infrastruktur layihələrinin gerçəkləşdirilməsi, ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin mühüm tərkib hissəsidir. Həyata keçirilən bu tədbirlər insanların daha firavanrahat yaşamasına, ümumilikdə ölkə iqtisadiyyatının dinamik inkişafına xidmət edir.

İqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir. Bu baxımdan dövlət başçısı İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın da əsas məqsədi  ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir. II Dövlət Proqramı bölgələrin davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, adamlarının fəaliyyətinə də geniş imkanlar açmışdır. Proqramda özəl sektorun dəstəklənməsi ilə bağlı nəzərdə tutulan kompleks tədbirlər göstərir ki, Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi tərəqqisində sahibkarların rolunu düzgün dəyərləndirir və onlara hərtərəfli dəstəyini əsirgəmir.

Bu sahədə yürüdülən siyasətin başlıca hədəflərindən biri də əlverişli biznesinvestisiya mühiti yaratmaqla daxilixarici investisiyalar cəlb edib qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisini durmadan artırmaqdır. Ölkəyə investisiya qoyuluşları sahəsində dövlət siyasətini vahid mərkəzdən tənzimləmək, respublikanın investisiya cəlbediciliyini daha da artırmaq baxımından hələ 2006-cı ildə Dövlət İnvestisiya Şirkətinin yaradılmasının da mühüm əhəmiyyəti olmuşdur. Şirkətin başlıca vəzifəsi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Şirkət eyni zamanda xarici sərmayədarlarla birgə layihələr həyata keçirməklə onlarda inam və etimadın güclənməsini təmin edir. Qürur doğuran haldır ki, bu gün Azərbaycan investisiya cəlbediciliyinə görə dünyanın öndə gedən dövlətlərindəndir.

Biznes mühitinin liberallaşdırılmasına xidmət edən bu tədbirlər respublikamızın xarici investisiyalara açıq ölkə imicini gücləndirir, qeyri-neft sektoruna marağı artırır. Ötən müddətdə Dünya Bankının Azərbaycanı bir nömrəli "İslahatçı ölkə" elan etməsi, Ümumdünya İqtisadi Forumunun Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə bütün MDB ölkələrindən irəli - dünyada 51-ci hesab etməsi də məhz respublikamızda əlverişli biznes mühitinin yaradılmasının nəticəsidir. Bu isə, ilk növbədə, ölkədə özəl sektorun fəaliyyəti üçün son dərəcə münbitliberal şəraitin yaradılması ilə bağlıdır.

Dövlət başçısının sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Azərbaycan Prezidenti hesab edir ki, bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı sosial-iqtisadi sistemin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayir. Prezident İlham Əliyevin 2010-cu il 13 aprel tarixli "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında" fərmanı da bu sahədə həyata keçirilən dövlət siyasətinin uğurlu davamıdır. Fərman istehlakçıların hüquqlarının qorunması məqsədilə aparılan yoxlamaların müasir standartlara uyğun tənzimlənməsi, yoxlamalar zamanı səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, həmin yoxlamalar zamanı alınan nəticələrin uyğun olaraq istehlakçıların hüquqlarının effektiv müdafiəsinin təmin edilməsi məqsədi daşıyır.

2011-ci ildə sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ayrılan maliyyə vəsaitlərinin həcminin artması da son dərəcə təqdirəlayiq faktdır. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahələrinin inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir. Azad sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaratmadan işsizlik probleminin aradan qaldırılması, infrastrukturun yeniləşdirilməsi, regionların tarazlı və davamlı inkişafı və digər mühüm vəzifələrin həyata keçirilməsi mümkün deyil. Bunu özünəməxsus rasional yanaşma tərzi ilə düzgün müəyyənləşdirən cənab İlham Əliyev özəl sektorun inkişafına xüsusi diqqət yetirir. Bu ilregionlarda uğurlu investisiya layihələri icra edilmişdiryeni yerlərinin açılması ilə bağlı əlavə tədbirlər görülmüşdür. İlin 9 ayında 74 min yeni yeri açılmışdır ki, onlardan 50 mini daimidir. Bununla da son 8 ildə Azərbaycanda 950 minə yaxın yeni yeri açılmışdır.

Cari ilin ötən doqquz ayı ərzində regionların inkişafı istiqamətində müsbət nəticələr əldə edilmişdir. Belə ki, ölkə başçısının regionlara mütəmadi səfərləri, 200-dən çox müxtəlif təyinatlı obyektlərlə tanışlığı, o cümlədən yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı regionların tarazlı inkişafının təmin edilməsində və əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində müstəsna rol oynamışdır. Bu dövrdə regionlarda 80-dən çox müəssisə, o cümlədən 30-a yaxın sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, 200-ə yaxın müəssisənin, o cümlədən 80-dək sənaye müəssisəsinin tikintisi isə davam etdirilir. Prezident İlham Əliyev regional inkişaf proqramının uğurla icra edildiyini bildirmişdir: "Ümid edirəm ki, yaxın zamanlarda ölkə qarşısında duran bütün vəzifələr, xüsusilə bölgələrin inkişafı ilə bağlı olan bütün vəzifələr icra ediləcəkdir. Bu günə qədər görülmüş işlər deməyə əsas verir ki, biz hədəfimizə çatacağıq. Çünki regionların sosial-iqtisadi inkişafı proqramının uğurla icra edilməsi nəticəsində bölgələrdə böyük dərəcədə dəyişikliklər baş vermişdir. Canlanma, inkişaf vardır, bölgələr indi çiçəklənir. Bu, gördüyümüz işlərin, qəbul edilmiş proqramların nəticəsidir".

Azərbaycan Prezidentinin indiyə qədər imzaladığı strateji əhəmiyyətli dövlət proqramları vətəndaşları uzun illərdən bəri narahat edən, qayğılandıran bir sıra problemlərin kompleks həllini nəzərdə tutur. Ölkə başçısı mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına səfərlər edir. Ölkə başçısının bölgələrə hər bir səfəri həm də mühüm sosial obyektlərin açılışı ilə əlamətdar olur.

Ölkəmizin şimal-qərb bölgəsində də abadlıq, tərəqqi və yüksəliş müşahidə olunmaqdadır. Adıçəkilən bölgədə ötən müddətdə tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almış, yol-nəqliyyat sisteminin əsaslı təmirinə və yenidən qurulmasına başlanılmış, əhalinin kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi istiqamətində vacib addımlar atılmışdır.

Prezident İlham Əliyev Qax rayonuna səfəri zamanı İlisu-Sarıbaş yolunda Hamamçay çayı üzərində salınmış tağvari metal körpünün açılışında iştirak etmişdir. Məlumat üçün bildirək ki, milli memarlıq ənənələrinə uyğun inşa edilən körpü rayonun Sarıbaş kəndinə avtomobillərin və piyadaların rahat və maneəsiz hərəkətini təmin edəcəkdir. Rayonun bir çox yaşayış məntəqələrini birləşdirən yolları qısaldan bu körpü ölkənin yol-nəqliyyat strukturunun təkmilləşdirilməsinin və xüsusilə də regionların sosial-iqtisadi inkişafına ölkə başçısının göstərdiyi qayğının daha bir göstəricisidir.  

Paytaxt Bakı ilə yanaşı, respublikamızın bölgələrində də müasir turizm obyektlərinin inşası əlverişli investisiya mühitinin yaradıldığını təsdiqləyir. Ölkəmizdə otel biznesi genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu baxımdan Qax rayonunda yeni tikilmiş "El Resort" otel kompleksimühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, mehmanxananın bütün infrastrukturu - istilik, havalandırma, elektrik, rabitə, yanğınsöndürmə sistemləri ən müasir səviyyədə qurulmuşdur. Mehmanxanadakı otaqlar beynəlxalq standartlara cavab verir. Ölkə başçısı mehmanxanada yaradılmış şəraitlə tanış olmuşgörülmüş işləri yüksək qiymətləndirmişdir.   

Səfər zamanı ölkə başçısı Qaxda Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak etmiş, eləcə də "İçəribazar" qala kompleksində tikinti və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olmuşdur. Qaxda XVI əsrdən mövcud olan "İçəribazar" qala qapıları və divarları maddi-mədəniyyət abidəsinin yenidən qurulması tarixi irsimizin qorunması istiqamətində hazırda ölkəmizin bütün bölgələrində həyata keçirilən tədbirlərin bariz nümunəsidir. Aparılan tikinti və yenidənqurma işlərindən sonra "İçəribazar" qala kompleksi müasir görkəm almışdır. Burada əsrlərdən bəri qorunub saxlanılan bir çox maddi-mədəniyyət abidələri müasir Qax şəhərinin bir hissəsi olmaqla yanaşı, onun tarixinə verilən dəyəri də nümayiş etdirir.  

Prezidentin səfəri zamanı Qax şəhərində, QaxingiloyQaxbaş kəndlərində yenidən qurulan sukanalizasiya sisteminin təməlqoyma mərasimi keçirilmiş, avtovağzal kompleksi istifadəyə verilmiş, Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının inzibati binasının açılışı olmuşdr.

Prezident İlham Əliyevin Şəkiyə səfəri də mühüm sosial obyektlərin açılışı ilə yadda qalmışdır. Şəki Mərkəzi Xəstəxanasının açılışı bu baxımdan diqqəti cəlb edir. 100 çarpayılıq xəstəxananın inşası müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilmişdir. Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına inşa olunan xəstəxana ən müasir tibbi avadanlıqlarla təmin edilmişdir. Burada ultrasəslə müayinə, hemodializ, anesteziya avadanlığı, rentgenoqrafiya, kompyuter-tomoqrafiya, laborotoriya, süni nəfəs aparatları quraşdırılmışdır. Xəstəxanada müasir  4D ultrasəslə müayinə apparatı qoyulmuşdur. Tibb ocağında 300-dək tibbi heyət əhalinin sağlamlığının keşiyində duracaqdır.

Ölkə başçısı "Aşağı-Karvansaray" kompleksində aparılan təmir-tikinti işləri ilə tanış olmuş, "Green Hill İnn" mehmanxanasının açılışında iştirak etmişdir. Prezident İlham Əliyev bildirmişdir: "Azərbaycanın hər bir şəhəri, hər bir kəndi bizim üçün əzizdir, doğmadır. Elə bir rayon yoxdur ki, mən orada olmayım. Dəfələrlə olmuşambundan sonra da olacağam. Hər bir rayon üzrə proqramlar var, vəsait ayrılır. Ancaq elə tarixi şəhərlər var ki, onların Azərbaycan tarixində, Azərbaycan xalqının formalaşmasında, Azərbaycanda dövlətçilik əsaslarının yaradılmasında xüsusi rolu vardır. Şəki o şəhərlərdəndir.

Deyə bilərəm ki, belə sərəncamların verilməsi Şəkidən başlanmışdır. Ondan sonra Şamaxı şəhərinin, Quba şəhərinin inkişafı ilə bağlı oxşar sərəncamlar verilmişdir. Bundan sonra da Azərbaycanın tarixi şəhərlərinin abadlaşması və mədəni irsimizin qorunması üçün əlavə sərəncamlar veriləcək və digər şəhərlər də bu proqramla əhatə olunacaqdır".

Səfəri çərçivəsində dövlət başçısı Şəki Olimpiya İdman Kompleksinin yenidənqurmadan sonrakı vəzyyəti ilə tanış olmuş, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında təmir-bərpa işlərinin aparlması ilə bağlı tapşırıqlarını vermişdir.

Şəki şərab zavodunun açılışı da olmuşdur. Tikintisinə 2008-ci ildən başlanan zavod ildə 3 min ton üzüm emal etmək gücünə malikdir. Şərab zavodunda istehsal üçün üzüm məhsulunun tədarükündə Şəki ilə yanaşı, əsasən Oğuz və Qəbələ rayonlarının da potensialından istifadə olunacaqdır. Zavodun ərazisində istehsal proseslərinə və hazır məhsullara texniki-kimyəvi və mikrobioloji nəzarət üçün laboratoriya da yaradılmışdır.

Prezident İlham Əliyev respublikanın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qəbələ rayonunda da olmuş, bir sra obyektlərin açılışında iştirak etmişdir. Rayonun Nic qəsəbəsindəki 2 nömrəli tam orta məktəb binası istifadəyə verilmişdir. Dördmərtəbəli təhsil ocağındakı sinif otaqları müasir avadanlıq və dərs ləvazimatları ilə təmin edilmiş, şagirdlərin  yüksək səviyyədə biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılmışdır.

Ölkəmizdə istifadəyə verilən sayca 32-ci Olimpiya İdman Kompleksinin açılışı da bu səfərə təsadüf etmişdir. Kompleks Qəbələdə idmanın müasir standartlar səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqlarla təchiz olunmuşdur. Qəbələdə beynəlxalq aeroportun açılışı da əlamətdar hadisələrdən biri kimi diqqəti cəlb edir.

Qəbələdə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 36 yeni mənzilin orderləri verilmişdir. Mərasimdə iştirak edən Prezident İlham Əliyev bildirmişdir: "Bu siyasət Azərbaycanda uzun illərdir ki, aparılır. Qarabağ əlilləri, şəhid ailələri üçün həm Bakıda, həm müxtəlif bölgələrdə binalar tikilir. Bu proses çox geniş vüsət almışdır və ümid edirəm ki, növbəti bir neçə il ərzində bütün problemlər öz həllini tapacaqdır. Bu günə qədər 5 minə yaxın Qarabağ müharibəsi əlili və şəhid ailəsi gözəl mənzillərlə təmin edilmişdir. Növbədə isə 3 mindən bir qədər çox ailə vardır. Onların da problemləri həll olunacaqdır".

Prezident İlham Əliyev Qəbələ Rayon İcra Hakimiyyətinin yeni inzibatı binasının açılışında iştirak etmiş, şəhər məscidinin yeni binasının tikinti işləri ilə də tanış olmuşdur.

Qəbələdə beşulduzlu otelin - "Qafqaz Sport Hotel"in, limonad zavodunun açılışı sahibkarlıq fəaliyyətinə dövlət tərəfindən yaradılan əlverişli şəraitin parlaq nümunəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən iqtisadi siyasət insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə özünə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması,  vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşdırılması qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsindən xəbər verir.

 

E.HACIALIYEV,

 

Azərbaycan.- 2011.- 27 noyabr.- S.  1, 4.