Mavritaniya İslam
Respublikasının Prezidenti zati-aliləri
cənab Məhəmməd uld
Əbdüləzizə
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Mavritaniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim öz inkişafını davam etdirərək xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mavritaniya xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 14 noyabr 2011-ci il
Azərbaycan.- 2011.- 27 noyabr.- S. 1.