Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci
bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8, I
kitab, maddə 584; 2001, ¹ 1, maddə 24, ¹ 3, maddə 139, ¹ 7, maddə
455, ¹ 11, maddələr 680, 698, ¹ 12, maddə 731; 2002, ¹ 1, maddə
9, ¹ 4, I kitab, maddə 165, ¹ 5, maddələr 234, 237, 239, ¹ 6,
maddə 326, ¹ 8, maddə 463, ¹ 12, maddə 692; 2003, ¹ 1, maddələr
3, 13, 23, ¹ 4, maddələr 177, 178, ¹ 5, maddə 228, ¹ 6, maddələr
257, 276, 279, ¹ 8, maddələr 407, 425, ¹ 12, I kitab, maddələr
676, 696, II kitab, maddələr 713, 714; 2004, ¹ 1, maddələr
6, 7, 10, 13, ¹ 4, maddələr 200, 201, 204, ¹ 5, maddələr
313, 314, 317, 321, ¹ 6, maddə 397, ¹ 8, maddələr 596, 597, ¹
10, maddələr 762, 779, ¹ 11, maddə 900, ¹ 12, maddə 973;
2005, ¹ 1, maddələr 5, 6, ¹ 2, maddə 61, ¹ 4, maddələr
272, 273, 275, 278, ¹ 6, maddələr 462, 466, ¹ 7, maddə 576, ¹ 8,
maddələr 691, 692, ¹ 10, maddələr 875, 877, 904, ¹ 11, maddələr
993, 994, 995, ¹ 12, maddələr 1083, 1085; 2006, ¹ 2, maddələr
64, 68, ¹ 3, maddələr 219, 220, 223, 225, ¹ 5, maddə 385, ¹ 6,
maddə 478, ¹ 11, maddələr 923, 924, 932, ¹ 12, maddələr
1005, 1020, 1024; 2007, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddələr
65, 68, ¹ 5, maddələr 397, 398, 401, 440, ¹ 6, maddələr
560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr 935, 936,
938, 940, ¹ 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089,
1091, ¹ 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, ¹ 2, maddə
47, ¹ 3, maddələr 146, 152, 159, ¹ 4, maddə 249, ¹ 5, maddə
340, ¹ 6, maddələr 454, 460, 461, 464, ¹ 7, maddələr 601,
602, 605, ¹ 8, maddələr, 699, 701, 711, ¹ 10, maddələr 884,
885, ¹ 11, maddələr 956, 957, ¹ 12, maddələr 1045, 1047,
1049; 2009, ¹ 2, maddələr 36, 45, 49, 52, 53, ¹ 5, maddələr
309, 315, ¹ 6, maddələr 404, 405, ¹ 7, maddələr 517, 518,
519, ¹ 8, maddə 611, ¹ 12, maddələr 953, 954, 966, 971; 2010, ¹
2, maddələr 70, 71, ¹ 3, maddələr 167, 171, 178, ¹ 4, maddələr
275, 276, ¹ 5, maddələr 379, 380, ¹ 6, maddə 483, ¹ 7, maddələr
577, 591, 594, 595, 598, 600, ¹ 10, maddə 838, ¹ 11, maddələr
936, 938, 949, ¹ 12, maddə 1059; 2011, ¹ 2, maddələr 70, 71, ¹
3, maddələr 162, 164, 167, 168, 170, ¹ 4, maddələr 246,
254) aşağıdakı dəyişikliklər edilsin:
1. 199-cu maddənin “Qeyd” hissəsində “199-cu,” rəqəmindən sonra “199–3-cü,” rəqəmi əlavə edilsin.
2. Aşağıdakı məzmunda 199–3-cü maddə əlavə edilsin:
“Maddə 199–3. Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi
199–3.1. Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsinə görə - min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.
199–3.2. Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsinə görə - min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.”.
3. 221–1-ci maddəyə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:“Qeyd: Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsi bu Məcəllənin 199–3.1-ci maddəsinə və ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192–1.1-ci maddəsinə müvafiq olaraq inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.”.
4. 309-cu maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 309. Qumar oyununda iştirak etmə
Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -
oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək cərimə edilir.
Qeyd:
1. Bu maddədə “qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun başa düşülür.
2. Qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalara və idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir.”.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
30 sentyabr 2011-ci il
Azərbaycan.- 2011.- 27 noyabr.- S. 2.