«Psixiatriya yardımı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən qərara alır:

"Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 9, maddə 569) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddə üzrə:

1.1. 1.0.3-cü maddədə "(psixonevroloji müəssisəyə)" sözlərindən sonra "müayinə və müalicə məqsədi ilə" sözləri əlavə edilsin;

1.2. 1.0.4-cü-1.0.8-ci maddələr müvafiq olaraq 1.0.7-ci-1.0.11-ci maddələr hesab edilsin və qanuna aşağıdakı məzmunda 1.0.4-cü, 1.0.5-ci və 1.0.6-cı maddələr əlavə edilsin:

"1.0.4. qeyri-könüllü hospitallaşdırma - bu qanunla müəyyən edilmiş əsaslar olduqda, cinayət törətməmiş ağır psixi pozuntusu (xəstəlik) olan şəxsin onun iradəsindən asılı olmayaraq bu qanunla və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada məhkəmənin qərarı əsasında psixiatriya müəssisəsinə müayinə və müalicə məqsədi ilə yerləşdirilməsi;

1.0.5. məcburi hospitallaşdırma (tibbi xarakterli məcburi tədbirlər) - anlaqsız vəziyyətdə cinayət törətmiş və ya cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş, yaxud anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada məhkəmənin qərarı əsasında psixiatriya müəssisəsinə müayinə və müalicə məqsədi ilə yerləşdirilməsi;

1.0.6. məlumatlandırılmış razılıq - pasiyentin və ya onun qanuni nümayəndəsinin müalicə haqqında könüllü qərar qəbul etdiyini, müalicənin məqsədləri və faydası, müalicə tədbirlərinin həcmi, müddəti və metodu, ehtimal olunan risklər, həmçinin müalicədən imtina və onun dayandırılması imkanı barədə ona təqdim edilmiş məlumatı başa düşdüyünü bildirməsi;";

1.3. 1.0.11-ci maddə aşağıdakı redaksiyada verilsin:

"psixi pozuntu (xəstəlik) - sosial uyğunlaşmanın və səhhətin pozulması ilə müşayiət olunan, kliniki ifadə olunmuş psixopatoloji davranış forması.".

2. Aşağıdakı məzmunda 5.3-cü maddə əlavə edilsin:

"5.3.  Psixiatriya yardımı məlumatlandırılmış razılıq əsasında həyata keçirilir. Bu razılıq hədə-qorxu və zor tətbiq edilmədən alınır, yazılı formada sənədləşdirilir, pasiyentin özüya onun qanuni nümayəndəsi və həkim-psixiatr tərəfindən imzalanır.".

3. 6.3.6-cı maddədə "təxirəsalınmaz psixiatriya yardımı göstərilməsi" sözlərindən sonra ", habelə məcburi və qeyri-könüllü hospitallaşdırma" sözləri əlavə edilsin.

4. 7-ci maddə üzrə:

4.1. 7.2-ci maddəyə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:

"Psixi pozuntusu olan şəxsin sağlamlığının vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri haqqında məlumatlar konfidensial hesab edilir.";

4.2. 7.3-cü maddədə "gizli məlumatlardan" sözləri "pasiyent barəsində məlumatlardan" sözləri ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Peşə fəaliyyəti ilə əlaqədar bu məlumatlara malik olan şəxslər onların yayılmasına görə məsuliyyət daşıyırlar.";

4.3.  Aşağıdakı məzmunda 7.5-ci və 7.6-cı maddələr əlavə edilsin:

"7.5. Psixiatriya yardımı alanya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özününyaxud onun qanuni nümayəndəsinin yazılı müraciətindən sonra 2 gün ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunmalıdır. Pasiyentin məlumatları əldə etmək hüququ yalnız onun sağlamlığına zərərin vurulmasının qarşısının alınması və  digər şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhdudlaşdırıla bilər.

7.6. Pasiyentə qulluq edən ailə üzvləri yalnız göstərdikləri yardıma aid olan məlumatı əldə edə bilərlər. Pasiyentə zərər törədə biləcək məlumatların onlara verilməsi qadağandır.".

5. 8.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Psixiatriya müayinələrinin və ekspertizalarının həyata keçirilməsi zamanı psixi pozuntunun diaqnozu yalnız müasir diaqnostika prinsiplərinə və beynəlxalq təsnifata uyğun olaraq həkim-psixiatr tərəfindən təyin edilir. Digər ixtisaslı həkimlər tərəfindən təyin edilən psixi pozuntunun diaqnozu ilkin diaqnoz hesab edilir və şəxsin qeyri-könüllü hospitallaşdırılmasına, psixiatriya qeydiyyatına götürülməsinə və digər sosial-hüquqi məsələlərin həllinə əsas vermir. Pasiyentin psixi pozuntusunun diaqnozu ona əvvəllər təyin edilən diaqnoz ilə uyğun olmadıqda, psixiatriya müəssisəsinin həkim-məsləhət komissiyasının və ya yüksək ixtisaslı həkim-psixiatrın (tibb elmləri doktoru, professor, dosent) qərarı ilə dəyişdirilir və ya ləğv edilir." .

6. 11-ci maddə üzrə:

6.1. 11.0-cı, 11.0.1-ci-11.0.3-cü maddələr müvafiq olaraq 11.1-ci, 11.1.1-ci-11.1.3-cü maddələr hesab edilsin və 11.1-ci maddədə "müayinənin, müalicənin, şəxsin saxlanmasının və onun üzərində müşahidənin" sözləri "müayinə və müalicənin" sözləri ilə əvəz edilsin;

6.2. 11.1.1-ci maddədə "şəxsin" sözü "psixi pozuntusu olan şəxsin" sözləri ilə əvəz edilsin;

6.3. 11.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"ağır psixi pozuntusu olan şəxsə stasionar yardımın göstərilməməsinin onun sağlamlığına qarşısıalınmaz zərər yetirməsi və müalicəsini mümkünsüz etməsi.";

6.4. aşağıdakı məzmunda 11.2-ci maddə əlavə edilsin:

"11.2. Psixiatriya stasionarında qeyri-könüllü hospitallaşdırılmış pasiyentin müalicəsi məlumatlandırılmış razılıq olmadan aparıla bilər.".

7. 15-ci maddə üzrə:

7.1. 15.0.3-cü maddədə "lazım olduqda fəaliyyət qabiliyyətinin müvəqqəti itirilməsinin" sözləri "qanunvericiliklə müəyyən edilmiş qaydada məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə, əlilliyin və ya sağlamlıq imkanlarının məhdudluğunun" sözləri əlavə edilsin;

7.2.  15.0.10-cu maddə 15.0.11-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 15.0.10-cu maddə əlavə edilsin:

"15.0.10. psixiatriya yardımının digər tibbi yardım növləri ilə eynilik təşkil edən şəraitdə göstərilməsinə.".

8. 19.2-ci maddədə "verilə bilər" sözlərindən sonra ", bu şərtlə ki, şəxsi ərizənin verilməsindən əvvəlki 14 gün ərzində görmüş olsunlar" sözləri əlavə edilsin.

9. Aşağıdakı məzmunda 20.4-cü maddə əlavə edilsin:

"20.4.  Məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslar olduqda məhkəmənin qərarı əsasında şəxsin yaşayış yeri üzrə psixonevroloji dispanserya poliklinikanın psixiatriya kabineti tərəfindən həyata keçirilir.".

10. 22.1-ci maddədə "və ya" sözləri ", qeyri-könüllü hospitallaşdırma zamanı isə" sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Psixi pozuntusu olan şəxsin psixiatriya stasionarına yerləşdirilməsinə yalnız ambulator müalicənin məqsədəuyğun olmadığı və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün stasionardankənar yardımın səmərəsiz olduğu hallarda icazə verilir.".

11. 23-cü maddə üzrə:

11.1. 23.1.3-cü maddədə "qanuni nümayəndəsi," sözlərindən sonra "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)," sözləri əlavə edilsin;

11.2. 23.1.4-cü maddədə "psixi inkişafdan geri qalmış" sözləri "sağlamlıq imkanları məhdud" sözləri ilə əvəz edilsin;

11.3. 23.2.2-ci maddədə "göndərmək" sözündən sonra ", pul və digər maddi vəsaitlərdən sərbəst istifadə etmək" sözləri əlavə edilsin;

11.4. 23.2.3-cü maddədə "telefondan" sözündən sonra "və digər rabitə vasitələrindən" sözləri əlavə edilsin;

11.5. 23.4-cü maddədə "pasiyentə" sözündən sonra  "hospitallaşdırılmadan dərhal sonraya pasiyentin vəziyyəti buna imkan verən kimi" sözləri əlavə edilsin.

12. 25-ci maddənin adında, 25.1-ci və 25.2-ci maddələrdə "təxirəsalınmaz qaydada" sözləri "qeyri-könüllü" sözləri ilə əvəz edilsin.

13. 26.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"26.2. Şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə uyğun olaraq ailə üzvləri, qəyyum və ya himayəçi, habelə psixiatriya müəssisəsinin rəhbəri tərəfindən şəxsin yaşadığı yer üzrə və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur.".

14.   28-ci maddə üzrə:

14.1. 28.2-ci maddənin ikinci cümləsində "hər altı ayda" sözləri "hər üç ayda" sözləri ilə əvəz edilsin;

14.2. 28.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"Qeyri-könüllü hospitallaşdırma müddətinin uzadılması məsələsi  həkim-psixiatr komissiyasının rəyi əsasında müalicəni həyata keçirən psixiatriya müəssisəsinin müdiriyyətinin  müalicənin başlandığı gündən hər altı aydan bir qaldırılan vəsatəti ilə müəssisənin yerləşdiyi yer üzrə məhkəmə tərəfindən həll olunur.".

15. 29-cu maddə üzrə:

15.1. 29.2-ci maddədə "nəzərə alınmaqla" sözləri "və ya" sözləri ilə əvəz edilsin;

15.2. 29.3-cü maddədə birinci halda "məhkəmənin" sözü çıxarılsın.

16. 30.0.8-ci maddədə "qaydalar" sözündən sonra "və yerlər" sözləri əlavə edilsin.

17. 35-ci maddə üzrə:

17.1. 35.1-ci maddədə "həmçinin" sözündən sonra "ilkin tibbi yardım göstərən tibb müəssisələrinin həkimləri və" sözləri əlavə edilsin;

17.2. 35.3-cü maddə çıxarılsın.

18. 36.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"36.2. İlkin tibbi yardım göstərən tibb müəssisələrinin həkimləri yalnız bu müəssisələrdə müalicəsinə icazə verilən xəstəlikləri (psixi pozuntuları) müalicə edə bilərlər. İlkin tibbi yardım göstərən tibb müəssisələrində müalicəsinə icazə verilən xəstəliklərin (psixi pozuntuların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.".

19.   Aşağıdakı məzmunda 37.4-cü maddə əlavə edilsin:

"37.4. Psixiatriya yardımı göstərən həkim-psixiatrların, digər mütəxəssislərin, ortakiçik tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onlara xüsusi tədbirlərdən (psixi pozuntusu olan şəxsin fiziki məhdudlaşdırılması, onun müvəqqəti təcrid edilməsi, sakitləşdirici köynəklərin tətbiq edilməsi) istifadə etmək hüququ verilir. Bu barədə psixi pozuntusu olan şəxsin tibbi sənədlərində müvafiq qeydlər aparılır və tibb müəssisəsinin müdiriyyətinə məlumat verilir.".

20.   42-ci maddənin ikinci cümləsi çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 oktyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 27 noyabr.- S. 3.