Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 4, II kitab, maddə 251, ¹ 5, maddə 323, ¹ 12, maddə 835; 2001, ¹ 1, maddə 24, ¹ 7, maddə 455; 2002, ¹ 1, maddə 9, ¹ 5, maddələr 236, 248, 258, ¹ 6, maddə 326, ¹ 8, maddə 465; 2003, ¹ 6, maddələr 276, 279, ¹ 8, maddələr 424, 425, ¹ 12, I kitab, maddə 676; 2004, ¹ 1, maddə 10, ¹ 4, maddə 200, ¹ 5, maddə 321, ¹ 8, maddə 598, ¹ 10, maddə 762, ¹ 11, maddə 900; 2005, ¹ 1, maddə 3, ¹ 6, maddə 462, ¹ 7, maddə 575, ¹ 10, maddə 904, ¹ 11, maddə 994; 2006, ¹ 2, maddələr 71, 72, 75, ¹ 5, maddə 390, ¹ 12, maddələr 1008, 1020, 1028; 2007, ¹ 2, maddə 68, ¹ 5, maddə 398, ¹ 6, maddələr 560, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr 937, 941, ¹ 11, maddələr 1049, 1080, 1090, ¹ 12, maddə 1221; 2008, ¹ 6, maddələr 454, 461, ¹ 7, maddə 602, ¹ 10, maddə 884, ¹ 12, maddələr 1047, 1049; 2009, ¹ 5, maddə 315, ¹ 7, maddə 517, ¹ 12, maddə 953; 2010, ¹ 2, maddə 70, ¹ 3, maddələr 171, 178, ¹ 4, maddələr 275, 276, ¹ 7, maddə 59; 2011, ¹ 4, maddə 253) aşağıdakı dəyişikliklər edilsin:
1. 190-cı maddənin “Qeyd” hissəsində “192,” rəqəmindən sonra “192–1,” rəqəmi əlavə edilsin.
2. Aşağıdakı məzmunda 192–1-ci maddə əlavə edilsin:
“Maddə 192–1. Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi
192-1.1. Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsi vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə -
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
192-1.2. Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə -
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
192-1.3. Bu Məcəllənin 192-1.1 və ya 192-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
192-1.3.1. təkrar törədildikdə;
192-1.3.2. külli miqdarda ziyan vurduqda və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə;
192-1.3.3. mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə -
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
3. Aşağıdakı məzmunda 244–1-ci maddə əlavə edilsin:
“Maddə 244–1. Qumarxana təşkil etmə və ya saxlama
244-1.1. Qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama –
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
244-1.2. Eyni əməllər:
244-1.2.1. təkrar törədildikdə;
244-1.2.2. qabaqcadan əlbir olan bir qrup
şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar
təşkilat) tərəfindən törədildikdə -
üç
ildən altı ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 244-1-ci maddəsində “qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun başa düşülür.
2. Lotereyalara və idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir.”.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
30 sentyabr 2011-ci il
Azərbaycan.- 2011.- 27 noyabr.- S. 2.