2011-ci il sentyabrın 14-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikasının Səhiyyə NazirliyiLitva Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş»in təsdiq edilməsi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı  

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2011-ci il sentyabrın 14-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Səhiyyə NazirliyiLitva Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Litva Respublikası tərəfini xəbərdar etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 noyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 27 noyabr.- S. 2.