Miqrasiya prosesləri və bələdiyyələr

 

Keçən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda miqrasiya axınının meydana gəlməsi Dağlıq Qarabağ münaqişəsinin törətdiyi problemlər və əhalinin sosial-iqtisadi vəziyyətinin pisləşməsi ilə əlaqədar idi. Bir tərəfdən erməni işğalına məruz qalmış rayonların əhalisi təhlükəsiz ərazilərdəki yaşayış məntəqələrinə köçməyə məcbur olmuş, digər tərəfdən kənd rayonlarında yaşayan və sosial-məişət çətinlikləri ilə üzləşən insanların bir qismi axtarmaq və yaşayış vəziyyətlərini yaxşılaşdırmaq üçün respublikanın iri şəhərlərinə, hətta xarici ölkələrə də üz tutmuşdular. Nəticədə respublikada demoqrafik tarazlıq pozulmuş, sosial gərginlik yaranmış, kriminogen vəziyyət pisləşmişdi. Xeyli müddət davam edən belə ağır sosial-iqtisadi şərait, ölkənin siyasi sabitliyinə də mənfi təsir göstərmişdi.

1993-cü ildən xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra ölkədə həyata keçirilən olduqca mühüm hüquqi, siyasi, iqtisadi islahatlar və tədbirlər nəticəsində iqtisadiyyat dirçəlməyə başladı, mövcud sənaye müəssisələrinin fəaliyyəti bərpa edildi, yeniləri tikildi, təzə yerləri açıldı, əhalinin sosial-məişət məsələlərinə diqqət artırıldı, regionların inkişafı ilə əlaqədar konkret tədbirlər görüldü. Ölkədə siyasi stabillik təmin olundu, işsizlərin sayı xeyli azaldı. Kənd rayonlarının elektrik enerji, qaz, rabitə xidməti ilə təminatı yaxşılaşdıqca, yollar təmir olunduqca və digər sosial məsələlər həll edildikcə iri şəhərlərə əhali axını azaldı.

Ümummilli lider Heydər Əliyevin idarəçilik təcrübəsindən bəhrələnib onun yolunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizin daha sürətlə inkişaf etməsi, əhalinin güzəranının yaxşılaşdırılması üçün olduqca vacib tədbirlər həyata keçirir. Respublikanın bütün şəhər və rayonlarında böyük tikinti və abadlıq işləri aparılır, yeni körpülər və yollar salınır, mədəniyyət ocaqları, səhiyyə obyektləri, idman kompleksləri tikilir, yeni zavod və fabriklər istifadəyə verilir. Rayon mərkəzləri, kəndlər və qəsəbələr  simasını dəyişir. Mədəni-məişət məsələlərinin sürətli həlli, kənd təsərrüfatına, fermerlərə kreditlərin verilməsi kənd əhalisinin şəhərə axınının qarşısını alır, nəticə etibarilə urbanizasiyanın səviyyəsi aşağı düşür.

 Göründüyü kimi, miqrasiya prosesləri ilə sosial-siyasi vəziyyətin qarşılıqlı bağlılığı inkaredilməzdir. Bunu tanınmış alimlər və mütəxəssislər də təsdiq edirlər. Ona görə də ölkədə xarici miqrasiya ilə yanaşı, daxili miqrasiyanın tənzimlənməsi üçün konkret tədbirlərin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə qəbul edilən ən mühüm sənədlərdən biri Prezident İlham Əliyevin 2006-cı il 25 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı"dır. Proqram "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"na uyğun olaraq hazırlanmışdır və ölkədə mövcud miqrasiya proseslərinin təhlili əsasında bu sahənin gələcək inkişaf istiqamətlərini və həyata keçirilməli olan zəruri tədbirləri özündə əks etdirir.

Həmin proqrama əsasən, dövlət miqrasiya siyasətinin əsas vəzifələri aşağıdakılardan ibarətdir:

- miqrasiya proseslərindən ölkənin inkişafı üçün səmərəli istifadə olunması;

- miqrasiya proqramlarının və tədbirlərinin həyata keçirilməsində dövlətin, cəmiyyətin və insanların mənafelərinə riayət edilməsi;

- qeyri-qanuni miqrasiyanın qarşısının alınması;

- miqrantların mövcud sosial-iqtisadi vəziyyətə adaptasiyasını sürətləndirən şəraitin yaradılması;

- miqrantların hüquqlarının müdafiəsi.

 Dövlət Proqramında qeyd olunur ki, miqrasiya proseslərinin tənzimlənməsi üçün miqrantların dəqiq qeydiyyatının və statistikasının aparılması zəruridir. Faktlar göstərir ki, ölkə ərazisindəki əcnəbilər barədə rəsmi statistika orqanlarında olan məlumatlar bir çox hallarda real vəziyyəti əks etdirmir. Bu iradı ölkədaxili miqrasiya barədə də söyləmək olar. Bəzi hallarda statistika orqanları şəhər və rayonlardan vətəndaşların yaşayış yerlərini dəyişməsi barədə məlumatları vaxtında əldə edə bilmədiyindən bu sahədə respublikada mövcud ümumi vəziyyət barədə dürüst məlumata malik olmurlar.

Etiraf etməliyik ki, son illər ərzində şəhər və rayonlarımızın sosial-iqtisadi və mədəni inkişafı sahəsində böyük işlər görülməsinə baxmayaraq, kənd və qəsəbələrdən, xüsusilə də ucqar dağ kəndlərindən əhalinin müəyyən qisminin, o cümlədən əmək qabiliyyətli gənclərin iri şəhərlərə, bəzən də qonşu ölkələrə üz tutması davam edir. Səbəblər müxtəlifdir: yerlərinin çatışmazlığı, təklif olunan işlərdə əməkhaqlarının az olması, əhaliyə göstərilən kommunal-məişət, rabitə və mədəni xidmətlərin, qazelektrik enerji təchizatının lazımlı səviyyədə olmaması, özəlləşdirilən torpaq sahələrindən səmərəli istifadə edə bilməməsi, əldə olunan məhsulu bazara çıxarmaq istiqamətində çətinliklər, kəndarası yolların yararsız vəziyyətdə olması və s. Bununla belə, heç cür inkar etmək olmaz ki, bu problemlərin həlli ilə müvafiq dövlət orqanları müntəzəm məşğul olur, ölkədə regionların sosial-iqtisadi inkişafına dair mühüm proqramlar həyata keçirilir, nəticə etibarilə əhalinin sosial-iqtisadi vəziyyəti durmadan yaxşılaşır.

Onu da qeyd etmək lazımdır ki, vətəndaşların sosial-məişət məsələlərinə birbaşa aidiyyəti olan yerli özünüidarəetmə orqanları - bələdiyyələr hələlik lazımi fəallıq göstərmir, öz səlahiyyətlərindən və potensial imkanlarından istifadə etməyi bacarmırlar. Eyni zamanda, onlar yerli icra hakimiyyəti orqanları ilə vəzifələrini düzgün bölüşdürə bilmədiklərindən bəzi hallarda görülən işlərdən kənarda qalır, bir növ seyrçi rolunu oynayırlar. Bir sıra bələdiyyələr əhalini narahat edən məsələləri vaxtında öyrənib həll etməyə  səy göstərmir, ona görə də ərazilərində yaşayan vətəndaşlar arasında nüfuza malik olmur, onlarla görüşlər keçirməkdən boyun qaçırırlar. Bunun da başlıca səbəbi bir sıra bələdiyyə sədrlərinin səriştəsizliyi və təşəbbüskar olmaması, əksər hallarda icra hakimiyyəti orqanlarından verilən tapşırıqların icrası ilə məşğul olması, bələdiyyə üzvlüyünə təsadüfi adamların seçilməsi və bəzilərinin də vəzifələrindən sui-istifadə etməsidir. Bu səbəblərə yerlərdə fəal vətəndaşlardan ibarət məhəllə komitələrinin yaradılmaması, yaxud onların imkanlarından olduqca zəif istifadə edilməsini də əlavə etmək olar.

İcma daxilində bələdiyyənin nüfuz məsələsi mühüm məsələlərdən biridir. Bələdiyyə işçisi üçün zəruri olan əsas keyfiyyətlərdən ən vacibi peşəkarlıq, insanlarla ünsiyyətdə olmaq bacarığı, üstəgəl, intizam, təşkilatçılıq istedadı, təşəbbüskarlıq, yüksək erudisiya və məsuliyyət hissi, dəqiqlikdir. Bir sözlə, hazırkı şəraitdə cari, operativ, gündəlik idarəetmə funksiyalarının yerinə yetirilməsi, ictimai inkişafın strateji məqsəd və vəzifələrini müəyyənləşdirmək üçün idarəetmə məsələləri üzrə səriştəli insanlara böyük ehtiyac duyulur. Artıq xalqın əldə etmiş olduğu ümumisiyasi biliyi, mədəni səviyyəsi imkan verir ki, idarəetmədə mütəxəssislərin köməyindən istifadə etməklə sosial əhəmiyyətli, əhalinin gündəlik ehtiyac və istəklərindən irəli gələn məsələlər öyrənilsin və müzakirə edilsin, obyektiv qərarlar qəbul olunsun və onların icrasına ciddi nəzarət yetirilsin.

Yeri gəlmişkən, Azərbaycanın əksər regionlarında, ayrı-ayrı yaşayış məntəqələrində mövcud olan mühüm problemlərdən biri işqabiliyyətli insanların müəyyən hissəsinin işsizliyidir. Bu isə miqrasiya törədən, urbanizasiyaya səbəb olan başlıca amildir. Hazırda respublikada icmaların güzəranının yaxşılaşdırılması ilə əlaqədar xüsusi dövlət proqramları həyata keçirilir. Əlaqədar dövlət strukturları, xarici donor mənbələri həmin proqramların yerinə yetirilməsi üzrə bir sıra əməli işlər görürlər. Bu proqramların uğurla başa çatmasında bələdiyyələrin də marağı çox olmalıdır. Hər bir bələdiyyə dövlət proqramlarından irəli gələn vəzifələrini, fəaliyyət hüdudlarını dəqiqləşdirməklə öz ərazisindəki insanların fəal işə qoşulmalarını təmin etməlidir. Yeni yerlərinin açılması, mövcud yerlərində əməyin keyfiyyətinin və məhsuldarlığının artırılması məsələsi bələdiyyələrin gündəlik qayğısına çevrilməlidir. Bütün yerləri gəlirli və davamlı olmalıdır. İqtisadi hesablamalara görə ailədə bir nəfərin normal işi sayəsində əldə etdiyi qazanc ən azı 5 nəfəri saxlamağa çatmalıdır. İstehsal və xidmət üzrə yerlərində texnika və texnologiyaların daim yeniləşdirilməsi əsasında işləyənlərin əməkhaqları artdıqca, onların himayə etdikləri insanların (uşaqlar, qocalar, əlillər, qabiliyyətini itirmişlər, şagird və tələbələr və s.) sayı da tədricən artmalıdır.

Hazırda dövlətin üzərinə düşən iqtisadi-sosial problemlərin ağırlıq mərkəzinin yerlərə, regionlara keçirilməsi təkcə əhalinin güzəranının yaxşılaşması ilə nəticələnməyəcək, eyni zamanda, dövlətimizin güclənməsinə kömək edəcəkdir. İqtisadi-sosial cəhətdən inkişaf etmiş ölkələrin təcrübəsi təsdiq etmişdir ki, dövlətin gücü onun icmalarının, hər bir ailə və vətəndaşının gücü, o cümlədən rifah halının yüksək olması ilə ölçülür.

Müşahidələr göstərir ki, icma daxilində sahibkarlığın inkişafı məsələsində bələdiyyələrin fəaliyyəti hələ də zəifdir. Kiçik müəssisələr yaratmaqla əhaliyə xidmət göstərmək istəyən, bunu bacaran, lakin ilkin kapitalı olmayan yüzlərlə insan bələdiyyələrə üz tutur. Amma bələdiyyə rəhbərlərinin çoxu onların istəklərini ödəyə bilmir. Bunun nəticəsidir ki, qurmaq istəyən adamların müəyyən qismi yaşayış yerini tərk edərək böyük şəhərlərə üz tutmaq, yaxud başqa ölkələrə gedərək axtarmaq məcburiyyətində qalırlar. İcma və ölkə üçün böyük itki sayılan belə halların qarşısını almaq məqsədilə daha təsirli tədbirlərin görülməsinə ehtiyac var.

Yerlərdə işləmək istəyən, amma tapa bilməyib ev-eşiyini tərk etmək məcburiyyətində qalan insanlara arxa durmaq, onlara məşğuliyyət formaları tapmaq, dolanacaqlarına normal şərait yaratmaq bələdiyyələrin bir nömrəli vəzifəsi olmalıdır.

Bələdiyyələr vətəndaşların kənddən şəhərə axınının qarşısını almaq üçün aşağıda sadalanan sosial-məişət məsələlərinin həllinə diqqəti artırmalı, müvafiq dövlət strukturları ilə birgə onların həlli üçün imkanlar axtarmalıdır:

- yaşayış məntəqələri arasındakı yolların, körpülərin tikintisi və təmiri;

- yaşayış məntəqəsindəki əhalinin içməli su ilə təmin olunması;

- suvarmada, məişətdə işlətmək üçün su təminatı;

- ekoloji təmiz ətraf mühitin təmin olunması;

- yaşayış məntəqələrində normal sosial-xidmət sahələrinin elektrik enerjisiqaz təchizatı, radio-televiziya qovşaqları, rabitə, poct, hamam, dərzi, dəyirman, təmir emalatxanaları, bərbərxanalar, gözəllik salonları, uşaq bağçaları və meydançaları, ticarət obyektləri, nəqliyyat vasitələri, istirahət parkları, əyləncə mərkəzləri, məktəb, klubkitabxanalar, tibb məntəqələri, idman meydançaları, kanalizasiya sistemi və digər obyektlərin yaradılması, vətəndaşlara fərdi evlər tikmək üçün torpaq sahələrinin ayrılması və s.

Bələdiyyələr öz vəzifələrini yerinə yetirərkən icmaların ixtiyarına verilmiş üç mülkiyyət formasının - dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti və şəxsi mülkiyyətin qarşılıqlı əlaqə və təsirlərindən səmərəli faydalanmağı bacarmalıdır.

Tədqiqatçılar yerli özünüidarəetmə ilə bağlı olduqca dəyərli təkliflər irəli sürürlər. Onlar göstərirlər ki, yerli özünüidarəetmə sisteminin inkişaf prosesini ləngidən əsas səbəblərdən biri bu sahədə ənənələrin, elmi təminatın və kifayət qədər ixtisaslı kadrların olmaması və bələdiyyə qulluqçularının bir hissəsinin peşəkarlığının azlığından irəli gəlir. Bələdiyyə qulluqcularının hazırlığı prosesində bələdiyyə qulluğunda menecmentin xüsusiyyətləri, bələdiyyələrin inkişafının idarə edilməsi, bələdiyyələrdə strateji idarəetmə, bələdiyyə mülkiyyətinin, sosial sferanın idarə olunması, bələdiyyə marketinqis. kimi məsələlərlə bağlı nəzəri və praktiki kurslar tədris olunmalı, bunun üçün xüsusi elmimetodiki ədəbiyyat işlənib hazırlanmalıdır.

Ölkədə yerli özünüidarəetmə sisteminin mükəmməl və hərtərəfli inkişafına maneçilik törədən səbəblərin bir qismi də əhalinin bələdiyyə idarəçiliyi prinsiplərini həyata keçirməyə kifayət qədər hazır olmaması ilə bağlıdır. Bu problemi yaradan səbəblərin həlli ücün, bütün ölkə miqyasında maarifləndirmə, izahat işi aparılmalı, yerli özünüidarəetmə sisteminin mahiyyəti, xüsusiyyəti və funksiyaları haqqında vətəndaşlarda aydın təsəvvür yaradılmalıdır.

Ümumiyyətlə, hazırkı dövrdə bələdiyyələrin daim fəaliyyət dairəsində saxlamalı olduğu sosialyönümlü məsələlər çoxdur. İlk növbədə, əhalinin işlə təmin olunması, mədəni-məişət məsələlərinin həlli, yerli imkanlardan maksimum istifadə etməklə vətəndaşların güzəranının yaxşılaşdırılması, yoxsulluğun azaldılması məsələləri ön plana çəkilməlidir. Əgər vətəndaşlara yaşadıqları şəhər, qəsəbə və kəndlərdə müvafiq şərait yaradılarsa, yerli dövlət və həm də özünüidarəetmə orqanları tərəfindən lazımi qayğı ilə əhatə olunarsa, onlar gəlirli tapmaq ümidi ilə rahat ev-eşiyini, ata-baba yurdlarını, öyrəşdikləri mühiti və insanları tərk edib bələd olmadıqları, dilini, adət-ənənəsini bilmədiyi ölkələrə köçmək istəməzlər. Yuxarıda göstərilənlər həll olunarsa, vətəndaşların, xüsusilə əməkqabiliyyətli gənclərin kənddən şəhərə axınının - urbanizasiyanın, kortəbii miqrasiyanın, eləcə də "beyin axınının" qarşısı alınar, demoqrafik vəziyyət pozulmaz və dövlətimiz üçün əlavə problemlər yaranmaz.

Göründüyü kimi, dövlət orqanları ilə yanaşı, bələdiyyələr də miqrasiya proseslərinin nizamlanması ilə ciddi məşğul olmalıdır. Bunun üçün bələdiyyələr ərazilərindəki əhalinin problemlərini müntəzəm öyrənməli, onların operativdüzgün həlli yollarını tapmalı, bir sözlə, öz imkanlarından tam istifadə etməlidirlər.

Buna görə də Azərbaycan bələdiyyələrinin fəaliyyətinin obyektiv, elmi əsasda təhlili və qiymətləndirilməsi bələdiyyə institutunun gələcək fəaliyyətinin düzgün istiqamətləndirilməsi üçün olduqca zəruridir.

 

Məmmədağa SƏRDAROV,

AMEA-nın Fəlsəfə, Sosiologiya

Hüquq İnstitutunun aparıcı elmi işçisi,

siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2011.- 27 noyabr.- S.  4.