Leyla xanım Əliyeva yüksək
bacarıqlı rəhbər xüsusiyyətləri nümayiş etdirir
"Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA Ətraf Mühit Kampaniyasının təsisçisi Leyla xanım Əliyeva yüksək bacarıqlı rəhbər xüsusiyyətləri nümayiş etdirir. Onun son dövrlərdə gördüyü işlər göz qabağındadır və biz bu işləri yüksək qiymətləndiririk".
Bu fikirləri "Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah" devizi ilə Qəbələdə keçirilən beynəlxalq düşərgədə iştirak edən ABŞ-ın Kolorado Universitetinin ətraf mühit məsələləri üzrə Kooperativ Araşdırmalar İnstitutunun alimi xanım Elizabet Vizerhed noyabrın 26-da AzərTAc-a müsahibəsində bildirmişdir.
E.Vizerhed demişdir: "Mən iqlim dəyişikliyi üzrə mütəxəssisəm. Buraya gənclərlə ünsiyyət qurmaq üçün gəlmişəm. Onların bəziləri ilə görüşdüm. Azərbaycan gəncləri çox yüksək intellektual potensiala malikdirlər. Bu, məni valeh etdi".
Ətraf mühitin
qorunması ilə bağlı məsələlərin müasir dünyamızda çox
böyük aktuallıq kəsb etdiyini deyən E.Vizerhed Leyla Əliyevanın bu təşəbbüsünün
çox uğurlu nəticələr
verəcəyinə əmin olduğunu bildirmişdir.
Azərbaycan.- 2011.- 27 noyabr.- S. 5.