Sabit Rəhman adına Şəki
Dövlət Dram Teatrı
binasının
yenidən qurulması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan teatr sənətinin
inkişafında xüsusi rolunu
nəzərə alaraq, Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı binasının yenidən qurulmasına başlanması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
25 noyabr 2011-ci il
Azərbaycan.- 2011.- 26 noyabr.- S.1.