Qəbələdə keçirilən beynəlxalq düşərgə ekoloji problemlərin həlli istiqamətində müzakirələrin aparılması baxımından əla fürsətdir

 

 Qəbələdə keçirilən beynəlxalq düşərgə ekoloji problemlərin həlli istiqamətində müzakirələrin aparılması baxımından əla fürsətdir. Bu düşərgə gənc ekoloqlar və ümumiyyətlə, ətraf mühitin qorunmasına biganə olmayan hər bir şəxs üçün əhəmiyyətlidir.

Bu sözləri "Ekoloji idarəçilikdə gənclərin rolu: bu günsabah" devizi ilə Qəbələdə keçirilən beynəlxalq düşərgədə iştirak edən BMT-nin nümayəndəsi Şahid Hüseyn AzərTAc-a müsahibəsində demişdir.

Ətraf mühitlə bağlı problemlərə biganəliyin gələcəkdə fəlakətlərə gətirib çıxara biləcəyini qeyd edən Ş.Hüseyn Leyla xanım Əliyevanın irəli sürdüyü bu təşəbbüsün müasir dövrdə xüsusi aktuallıq kəsb etdiyini vurğulamışdır. Ş.Hüseyn əlavə etmişdir ki, bu cür təşəbbüslərin sayı nə qədər çox olsa, gələcək dünyamızla bağlı əndişələrimiz də bir o qədər az olar.

Ş.Hüseyn Qəbələ beynəlxalq düşərgəsinin ətraf mühitlə bağlı problemlərin həllinə dəyərli töhfə olacağını vurğulamışdır.

 

Azərbaycan.- 2011.- 27 noyabr.- S. 5.