Qəbələ
beynəlxalq düşərgəsində irəli
sürülən prinsiplər bütün
dünyada qəbul edilməlidir
"Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah" devizi ilə Qəbələdə keçirilən beynəlxalq düşərgədə irəli sürülən prinsiplər bütün dünyada qəbul edilməlidir.
Bu sözləri düşərgədə iştirak edən Böyük Britaniyanın "EcoMuslim" təşkilatının direktoru Ömər Faruk noyabrın 26-da AzərTAc-a müsahibəsində demişdir.
Ö. Faruk bildirmişdir ki, Leyla xanım Əliyevanın təsis etdiyi İDEA Ətraf Mühit Kampaniyasının bütün dünyadan gənc ekoloqları Qəbələdə bir araya gətirməsi çox əhəmiyyətli məsələdir. Mənim özüm burada iştirakımdan çox məmnunam və bundan fərəh hissi duyuram. Biz Leyla xanım Əliyevanı bu təcrübəni bölüşmək və Böyük Britaniya Parlamentinin Lordlar Palatasında çıxış etmək üçün ölkəmizə dəvət edirik.
Azərbaycanda olmaqdan məmnunluğunu
bildirən Ö.Faruk Qəbələnin
indiyədək gördüyü ən
gözəl şəhərlərdən biri
olduğunu, buranın təbii mənzərəsinin
onu valeh etdiyini demişdir.
Azərbaycan.- 2011.- 27 noyabr.- S. 5.