Gənc ekoloqların
Qəbələ Bəyannaməsində bütün
dünyanın diqqət yetirməli olduğu
çox vacib
prinsiplər öz əksini
tapmışdır
Gənc
ekoloqların Qəbələ Bəyannaməsində bütün dünyanın diqqət
yetirməli olduğu çox
vacib prinsiplər öz
əksini tapmışdır. Biz
gənclərin səsinə səs verməli, bu
prinsiplərin həyata keçməsi üçün
əlimizdən gələni əsirgəməməliyik.
Bu sözləri AzərTAc-a
müsahibəsində BMT-nin Ətraf Mühit Proqramının nümayəndəsi
Vondvosen Asnake Kibret demişdir.
V.Asnake Kibret bildirmişdir ki, dünyanın müxtəlif
ölkələrindən gənclərin
Qəbələdə toplaşaraq planetimizin gələcəyi üçün
təhlükə yaradan ekoloji
problemlərin həlli ilə bağlı
məsələləri müzakirə etmələri çox əhəmiyyətlidir. Hesab edirəm ki, bu baxımdan beynəlxalq
düşərgənin çox
faydalı nəticələri olacaqdır.
BMT-nin
nümayəndəsi həmçinin demişdir
ki, düşərgədə fərqli
mədəniyyətləri təmsil edən gənc
ekoloqların qarşılıqlı anlaşma
şəraitində səmərəli fikir
mübadiləsi aparmaları onların ətraf mühitin qorunması işində fəal iştirak etmək arzularını nümayiş etdirir. Buna görə də bu cür təşəbbüslər dünyanın
bütün ölkələrində
irəli sürülməlidir.
Azərbaycan.- 2011.- 27 noyabr.- S. 5.