Qəbələdə
keçirilən beynəlxalq düşərgənin təkcə
Azərbaycan üçün deyil, bütün region üçün
faydalı nəticələri olacaqdır
"Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah" devizi ilə Qəbələdə keçirilən beynəlxalq düşərgənin təkcə Azərbaycan üçün deyil, bütün region üçün faydalı nəticələri olacaqdır.
Bu sözləri AzərTAc-a müsahibəsində ABŞ-ın Kolorado Universitetinin nümayəndəsi Çarlz Çeyz demişdir.
Ç.Çeyz bildirmişdir ki,
düşərgənin panel
iclaslarında ekoloji problemlərlə
üzləşdiyimiz müasir
dünyamızda diqqət yetirilməsi olduqca
vacib olan məsələlər
müzakirə edilir. İDEA Ətraf Mühit Kampaniyasının bu
təşəbbüsü ekoloji problemlərin
həllində iştirak etmək istəyən
bütün insanlar kimi məni də çox
sevindirir.
Azərbaycan.- 2011.- 27 noyabr.- S. 5.