Azərbaycan Respublikası Monteneqro arasında 2011-ci il

sentyabrın 16-da Bakı şəhərində imzalanmış sənədlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası və Monteneqro arasında 2011-ci il sentyabrın 16-da Bakı şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.1. Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş;

1.2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Monteneqronun Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş.

2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bu fərmanın 1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Monteneqro tərəfini xəbərdar etsin.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 noyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 26 noyabr.- S.1.