«Azərbaycan
Respublikası Dövlət Gömrük
Komitəsinin 20 illiyi (1992-2012)»
Azərbaycan
Respublikasının yubiley medalı haqqında Əsasnamə
Maddə
1. Təltif edilən şəxslər
"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən gömrük orqanlarının əməkdaşları, habelə Azərbaycan Respublikasının gömrük işinin təşkilində, təkmilləşdirilməsində və möhkəmləndirilməsində xüsusi xidmətləri olan şəxslər təltif edilirlər.
Maddə 2. Təltif
edən orqan
"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.
Maddə 3.
Taxılma qaydası
"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi
(1992-2012)" Azərbaycan Respublikasının yubiley
medalı döşün sol
tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda
onlardan sonra
taxılır.
Azərbaycan.- 2011.- 26 noyabr.- S.2.