Qambiya Respublikasının Prezidenti zati-aliləri cənab Yəhya Cammehə
Hörmətli cənab Prezident!
Qambiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Qambiya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, səadət, dost Qambiya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 28 noyabr 2011-ci il
Azərbaycan.- 2011.-29 noyabr.- S. 1.