2010-cu il noyabrın 11-də Roma
şəhərində imzalanmış «Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi
və İtaliya Respublikasının Səhiyyə
Nazirliyi arasında səhiyyə və tibb elmləri sahəsində Anlaşma
Memorandumu»nun təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2010-cu il noyabrın 11-də Roma şəhərində imzalanmış "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İtaliya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri sahəsində Anlaşma Memorandumu" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İtaliya Respublikası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 noyabr
2011-ci il
Azərbaycan.- 2011.- 29 noyabr.- S. 1.