2011-ci
il sentyabrın 21-də Bakı şəhərində
imzalanmış «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi və Argentina
Respublikasının Kənd Təsərrüfatı,
Heyvandarlıq və Balıqçılıq Nazirliyi
arasında əməkdaşlıq haqqında Anlaşma
Memorandumu»nun təsdiq
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2011-ci il sentyabrın 21-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Argentina Respublikasının Kənd Təsərrüfatı, Heyvandarlıq və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Argentina Respublikası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 noyabr
2011-ci il
Azərbaycan.- 2011.- 29 noyabr.- S. 1.