Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikanın dinlərarası dialoq naziri ilə görüşmüşdür

 

 İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva noyabrın 28-də Vatikanın dinlərarası dialoq naziri Jan-Lui Toran ilə görüşmüşdür.

Görüşdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinin geniş şəkildə qeyd olunduğu vurğulanmışdır. Söhbət zamanı ölkəmizin Qərblə Şərq arasında körpü rolu oynadığı, bütün dinlərin nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı, Azərbaycanın dünyada tolerantlıq məkanı kimi tanındığı xüsusi qeyd edilmişdir.

Bildirilmişdir ki, Vatikan ilə Azərbaycan arasında əlaqələr uğurla inkişaf edirbu münasibətlərin dərinləşməsində Heydər Əliyev Fondunun xüsusi xidmətləri vardır.

Son dövrlərdə fondun Vatikan kitabxanası ilə qurduğu əməkdaşlıq sayəsində azərbaycanlı mütəxəssislərin bu bilik xəzinəsindən faydalanmasına icazə verilmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 29 noyabr.- S.  2.