Bakıda Azərbaycanla Türkiyənin adamları bir araya gəldilər

 

 Noyabrın 28-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPROMO) və Türkiyənin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes-forumu keçirilmişdir.

Forumda hər iki tərəfdən qida sənayesi, toxuculuq, kimya sənayesi, tikinti, ağır sənaye, logistika  digər sektorları əhatə edən 100-dək şirkətin nümayəndələri iştirak etmişlər.

İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Azərbaycan iqtisadiyyatının davamlı olaraq inkişaf etdiyini, əlverişli biznesinvestisiya mühitinin yaradıldığını, ixrac imkanlarının genişləndiyini, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin regionda aparıcı  dövlətə çevrildiyini bildirmişdir. Qeyd etmişdir ki, iqtisadiyyatımızın dinamik inkişafı nəticəsində Azərbaycan şirkətlərinin maliyyə imkanları artmış və onlar qonşu ölkələrə, o cümlədən Türkiyəyə investisiya yatırmağa başlamışlar. İki qardaş ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə məlumat verən nazir müavini, Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, əməkdaşlığın daha da genişləndirilməsi üçün ölkələrimizin böyük potensiala malik olduğunu vurğulamış, sahibkarları bu imkanlardan yararlanmağa dəvət etmişdir.

İzmir valisi Cahid Kıraç, "Socar&Turcas"ın rəhbəri Kənan Yavuz, "Turcas" şirkəti idarə heyətinin (İH) sədri Erdal Aksoy, Ege Bölgəsinin Sənaye Palatası İH-nın sədri Endər Yorgancılar, "Petkim" şirkəti İH-nin sədri Vaqif Əliyev çıxış edərək Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələr, gələcək əməkdaşlıq, ARDNŞ-nin Türkiyədə həyata keçirdiyi layihələr və Ege Bölgəsi Sənaye Palatasının fəaliyyəti barədə danışmışlar.

AzPROMO-nun vitse-prezidenti Rüfət Məmmədov ölkəmizin investisiya imkanları, dövlətlərimiz arasında iqtisadi-ticarət əlaqələri, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini Rövşən Nəcəf qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat vermişlər.

Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç qardaş ölkələr arasında əlaqələrdən danışmış, bu cür tədbirlərin əməkdaşlığımızın daha da dərinləşməsinə  töhfə verəcəyini demişdir.

Biznes-forum adamları arasında işgüzar görüşlərlə davam etmişdir.

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 29 noyabr.- S.  3.