Qəbələdə keçirilən beynəlxalq düşərgə gəncləri ətraf mühitlə harmoniyada yaşamaq üçün məlumatlandırmaq və həvəsləndirmək baxımından xüsusi əhəmiyyətə malikdir

 

 Qəbələdə keçirilən beynəlxalq düşərgə gəncləri ətraf mühitlə harmoniyada yaşamaq üçün məlumatlandırmaq və həvəsləndirmək baxımından xüsusi əhəmiyyətə malikdir.  Bunu AzərTAc-a müsahibəsində Minilliyin layihə direktoru Cerom Kleyton Qlen demişdir.

Cerom Kleyton Qlen bildirmişdir ki, müasir dünyamızda ekoloji problemlərin yaratdığı təhlükələrə biganə yanaşmaq insanların sağlamlığı üçün ciddi təhlükələrin yaranmasına gətirib çıxara bilər. Buna görə də təmiz və təhlükəsiz ətraf mühitdə yaşamaq bizim özümüzdən asılıdır. Bunun üçün isə belə tədbirləri mütəmadi olaraq keçirmək və gücümüzü birləşdirmək üçün qarşılıqlı əməkdaşlıq yollarını axtarmaq çox vacibdir. Hesab edirəm ki, Qəbələdə keçirilən beynəlxalq düşərgə bu istiqamətdə atılmış çox uğurlu addımdır. Bu prosesə dünyanın müxtəlif ölkələrindən savadlı və düşüncəli gənclərin cəlb olunması isə olduqca təqdirəlayiqdir.

Qəbələ Bəyannaməsinin əhəmiyyətinə toxunan C.K.Qlen demişdir: "Mən özüm bu bəyannaməni oxuyanda çox təsirləndim. Əminəm ki, bu olduqca vacib sənəddə əksini tapmış çağırışlara heç kəs biganə qalmayacaqdır".

 

Azərbaycan.- 2011.- 29 noyabr.- S. 3.