Daniela Çibodal:
«Biz, gənc ekoloqlar Qəbələdə
keçirilən beynəlxalq düşərgənin nəticələrini
yüksək qiymətləndiririk»
"Biz, gənc ekoloqlar Qəbələdə keçirilən beynəlxalq düşərgənin nəticələrini yüksək qiymətləndiririk. Bu düşərgə dünyanın müxtəlif ölkələrini təmsil edən gənclərin bir araya gələrək fikir mübadiləsi aparmaları baxımından əla fürsətdir. Qəbələyə toplaşmış gənclərin adından tam məsuliyyətlə deyə bilərəm ki, yüksək səviyyədə təşkil olunmuş beynəlxalq düşərgə uğurla başa çatdı. Biz bu təşəbbüsə görə İDEA Ətraf Mühit Kampaniyasının təsisçisi Leyla xanım Əliyevaya minnətdarıq".
Bu sözləri düşərgədə Moldovanı təmsil edən gənc ekoloq Daniela Çibodal AzərTAc-a müsahibəsində demişdir.
D.Çibodal bildirmişdir ki, düşərgənin nəticəsi olaraq qəbul edilmiş Qəbələ Bəyannaməsində əksini tapan prinsiplər planetimizin ekoloji təhlükəsizliyi naminə qarşılıqlı fəaliyyətə mühüm töhfə verəcəkdir.
Moldovalı təmsilçi demişdir:
"Biz, gənc ekoloqlar bu düşərgədə
çox böyük
təcrübə qazandıq, ekoloji
problemlərin aradan
qaldırılmasına töhfə vermək üçün
əməkdaşlıq yollarını müzakirə etdik. Ümid edirəm ki, bu əməkdaşlığa
uyğun olaraq gələcəkdə
ətraf mühitin qorunması ilə
bağlı birgə layihələrdə iştirak
edəcəyik".
Azərbaycan.- 2011.- 29 noyabr.- S. 3.