Tələbələr
Beynəlxalq müsabiqədə «Qran-pri»
mükafatına layiq görüldülər
Qazaxıstanın Almatı şəhərində 2011-ci ilin noyabrında "Beynəlxalq tələbə tamaşaları" festivalı keçirildi. Festivala dəvət almış Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri bu beynəlxalq tədbirə ciddi hazırlaşmışdılar. Bu məsuliyyəti tələbələrimiz 2010-cu ildə Tbilisidə keçirilən festivalda hiss etmiş, onlara göstərilən qonaqpərvərlik və tamaşaçı alqışı xatirələrindən silinməmişdir.
Almatıda çox böyük qonaqpərvərliklə qarşılandıq. Hər addımda ölkəmizin dünya dövlətləri arasında nüfuzunun, ictimai-siyasi, mədəni sahələrdə qazandığı nailiyyətlərə görə dövlətimizə və xalqımıza böyük hörmətin şahidi olduq.
Festivalın açılışı T.Jurqanov adına Qazaxıstan Milli İncəsənət Akademiyasında təntənəli şəkildə keçirildi.
Festival Qazaxıstanın xalq
artisti, professor, teatr təhsilinin banilərindən
biri olan rejissor Askar Tokmanovun adını daşıyırdı. İncəsənət
Akademiyasının tədris
teatrında tamaşaların
nümayişi üçün
hər cür şərait yaradılmış,
səhnə və tamaşaçı zalı
müasir avadanlıqlarla
təchiz edilmiş, hər tamaşa üçün bədii,
musiqi tərtibatı verilmişdir.
Festivalın açılışından əvvəl kütləvi
informasiya vasitələri
üçün mətbuat
konfransı keçirildi.
Konfransda universitetin müasir həyatı və keçdiyi tarixi yol, yaradıcılıq
prosesi, respublikamızın
mədəni həyatında
tutduğu yüksək
mövqe haqqında məlumat verildi. Qeyd edildi ki,
universitet beynəlxalq
aləmdə nüfuzlu
ali məktəbə
çevrilmiş, müasir
cəmiyyətin tələblərinə
uyğun olaraq yeni ixtisas və
ixtisaslaşmalar açılmışdır.
Bunun nəticəsidir
ki, hazırda universitetdə incəsənətin
bütün sahələrini
əhatə edən 40-a yaxın ixtisas və ixtisaslaşmalar üzrə peşəkar kadrlar hazırlanır. Yaradıcılıq
palitrası baxımından
rəngarəng olan
ixtisaslar bir-biri ilə qarşılıqlı
əlaqəsini və
təsirini zənginləşdirir.
Belə bir şərait isə istedad
səviyyələri müxtəlif
olan gənclərə
qabiliyyət
və bacarıqlarını
inkişaf etdirmək üçün münbit
şərait yaradır.
Göstəriləcək tamaşa nümunə
gətirildi. Çünki tamaşanın ədəbi
materialı, musiqi və bədii tərtibatı tələbələr
tərəfindən hazırlanmışdı.
Ali məktəbimiz haqqında belə məlumatlar dostlarımızda
böyük maraq doğurdu. Almatının mərkəzi telekanalı
isə tələbəmizdən
müsahibə götürərək
festivalla bağlı rəyini öyrəndi.
Festivalın münsiflər heyətinə
əməkdar incəsənt
xadimi, Qazaxıstanın
dövlət mükafatı
laureatı, professor, teatrşünas
Sıqay Əmirbəy
Topabayuli rəhbərlik
edirdi.
Tələbələrimizin çıxışları
alqışlarla qarşılansa
da, tamaşaçı
reaksiyası müəyyən
nöqsanları da görüb öz münasibətini göstərdi.
Hiss olunurdu ki, həm münsiflər heyəti, həm də tamaşaçılar
çıxışlara obyektiv
və tələbkarlıqla
yanaşırlar.
Tələbələrimizin hazırladığı və yüksək peşəkarlıqla
göstərdiyi əsər
müxtəlif mövzuları
əhatə edən,
7 etüddən ibarət
bütöv bir tamaşa idi. Hər bir hissə
bir-biri ilə bədii təsvir və
ifadə vasitələri,
improvizə, plastika, ritm və aktyorların
hissetmə həssaslığı
ilə bağlanırdı.
Tamaşa
başlanarkən işıq
və səs effektlərindən istifadə
olunaraq hər bir obrazın xarakterinə uyğun donmuş hərəkətdə
işıqlanır və tamaşaçını maraqlandırırdı.
Tamaşanın müvəffəqiyyətlə getməsində kursun bədii rəhbəri, dosent Vidadi Həsənovun bir rejissor obrazı kimi iştirak etməsinin rolu böyük idi.
Cəmi
10 tələbənin yaratdığı
tamaşanın təsir
gücü,
universitetimizdə gedən yaradıcılıq
və tədris prosesinin nə dərəcədə yüksək
olduğu tamaşaçıların
və münsiflər
heyətinin kəsilmək
bilməyən alqışlarında
görünürdü. 7 hissənin
hər biri üçün
hadisələrə uyğun musiqi tərtib edilmişdi. Hər bir hissənin
mövzusu, xarakteri ifa dinamikası, hətta
janrı müxtəlif
idi. Göstərilən etüdlərdə
məzmunla quruluş və formanın həlli səviyyəsi, ifaçılıq məharəti
yüksək idi .
Aktyorlar
səsləndirilən musiqi
parçaşını melodiya
və plastik hərəkətlər vasitəsilə
nümayiş etdirirdilər.
Bəzən elə səhnələr
olurdu ki, aktyor tamaşaçı ilə səssiz dialoqa girir, keçirdiyi həyəcan
və düşüncələrini
təqdim edə bilirdi.
40 dəqiqəlik tamaşa
bitdikdən sonra zal uzun müddət
alqışlara qərq
oldu. Bir gün sonra
kollektivimiz səhnəyə
dəvət olunaraq münsiflər heyətinin
qərarını oxuyan
Sıqay Əmirbəy
Topabayuli tərəfindən
"Qran-pri" mükafatının
qalibi elan edildi və universitetimizin bayrağı
ucaldıldı.
Bu qələbə tələbələrin,
onlara dərs deyən müəllimlərin,
ümumilikdə Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin, daha doğrusu, xalqımızın
idi.
Rafiq SADIQOV,
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin tədris və tərbiyə işləri üzrə
prorektoru,
Professor
Azərbaycan.- 2011.- 29 noyabr.- S. 6.