Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli
844 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin Strukturu”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2003, ¹ 1, maddə 36; 2004, ¹ 9, maddə 681; 2005, ¹ 2, maddə
73; ¹ 12, maddə 1109; 2006, ¹ 9, maddə 736; 2007, ¹ 3, maddə
219; 2009, ¹ 7, maddə 529, ¹ 10, maddə 777; 2010, ¹ 4, maddə
298; 2011, ¹ 9, maddə 789) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin Strukturu”na
aşağıdakı məzmunda 11.22-ci bənd əlavə
edilsin:
“11.22. Bakı Ali Neft Məktəbi.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr
2011-ci il.
Azərbaycan.- 2011.- 30 noyabr.- S. 1.