«Sənətkarlıq Paytaxtı»
İsmayıllıda infotur keçirildi
Azərbaycanın
qeyri-maddi mədəni irsinin qorunması, bərpası, xalq
yaradıcılığının təbliği istiqamətlərində
aparılan islahatlara uyğun olaraq, Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş
"2010-2014- cü illər üçün Xalq
Yaradıcılığı Paytaxtları" proqramı
uğurla icra olunur. Diyarşünaslıq, folklor və sənətkarlıq
nominasiyaları üzrə daxil olmuş təkliflər
müvafiq namizəd şəhərlərin ümumi
hazırlığı, tarixi ənənələri və digər
amillər nəzərə alınmaqla təhlil edilmiş və
2010-cu ildən bəri Gəncə, Şabran əfsanələr,
Şəki, İsmayıllı sənətkarlıq, Qazaxla Lənkəran
isə folklor paytaxtları elan olunmuşdur.
Təsdiq
edilmiş illik tədbirlər planına əsasən,
"paytaxt" seçilmiş şəhərlərdə il
ərzində nominasiyaya uyğun təntənəli mərasimlər,
respublika və beynəlxalq səviyyəli elmi-praktik
konfranslar, "dəyirmi masa"lar, konsertlər, müsabiqələr,
festivallar, sərgilər və sair tədbirlər təşkil
edilir.
2011-ci
il üçün Azərbaycanın "Sənətkarlıq
Paytaxtı" elan olunmuş İsmayıllı şəhərində
də plana uyğun olaraq müntəzəm şəkildə
tədbirlər keçirilir. Bu tədbirlər təkcə
İsmayıllı rayonunun deyil, ümumilikdə Azərbaycanın
qeyri-maddi mədəni irsinin dünyada tanıdılmasında
mühüm rol oynamaqla yanaşı, çoxəsrlik mədəniyyətin,
sənətkarlığın, tarixi irsin qorunmasına xidmət
edir.
"Paytaxt
ili" başlayandan İsmayıllının rayon mərkəzində
və Lahıc qəsəbəsində sənətkarların
əl işlərinin sərgisi təşkil edilərək
yerli və xarici turistlərə nümayiş olunur. Suvenir
çantalar, qələmlər, dəftərçə və
açıqçalar da İsmayıllı sənətkarlığının
təbliğində mühüm rol oynayır.
Bu
günlərdə Mədəniyyət və Turizm Nazirliyinin xətti
ilə "İsmayıllı - Azərbaycanın Sənətkarlıq
Paytaxtı-2011" tədbirlər proqramı çərçivəsində
İsmayıllı şəhərində növbəti
infotur keçirilmişdir. Tədbirlərdə Mədəniyyət
və Turizm Nazirliyinin məsul işçiləri Fikrət
Babayev, Zöhrə Əliyeva, həmçinin kütləvi
informasiya vasitələrinin 25 nəfərdən ibarət
nümayəndə heyəti də iştirak etmişdir.
İsmayıllı şəhərində Heydər Əliyev
Mərkəzi ilə tanışlıqdan sonra rayon icra hakimiyyətinin
başçısı Nizami Ələkbərov
"İsmayıllı-Azərbaycanın Sənətkarlıq
Paytaxtı-2011" proqramına uyğun olaraq
görülmüş işlər barədə məlumat
vermiş, jurnalistlərin suallarını
cavablandırmışdır.
Tədbir
iştirakçıları Aşıq Ələsgərin anadan
olmasının 190 illiyi münasibəti ilə rayon mədəniyyət
evində keçirilmiş "Sazlı-sözlü
dünyam" ədəbi-bədii yubiley mərasiminə
qatılmışlar. Rayon aşıqlarının geniş
konsert proqramı maraqla qarşılanmışdır.
Heydər
Əliyev adına Mədəniyyət və İstirahət
Parkı və rayon tarix-diyarşünaslıq muzeyi ilə
tanışlıqdan sonra "Hapıt" folklor kollektivinin
çıxışları maraqlı olmuşdur.
Tədbirlər
xalq yaradıcılığı klubunda sənətkarların
əl işlərinə baxışla davam etdirilmiş,
Lahıc folklor kollektivinin ifaları dinlənilmişdir. Daha
sonra İvanovka qəsəbəsində folklor nümunələri
ilə tanış olan qonaqlar buradan da xoş təəssüratla
ayrılmışlar.
Tədbirlər
günün ikinci yarısında Basqal qəsəbəsindəki
kəlağayı sexində istehsal olunan məhsullarla
tanışlıqla başa çatmışdır.
Telman NƏZƏRLİ
Azərbaycan.- 2011.- 26
noyabr.- S.6.