Azərbaycanın görkəmli rejissoru

mötəbər mükafata layiq görülmüşdür

 

Görkəmli kinoteleviziya xadimi, Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı Vaqif Mustafayev mötəbər mükafata layiq görülmüşdür.

AzərTAc xəbər verir ki, 13-cü Avrasiya Teleforumu çərçivəsində Avrasiya ölkələri peşəkar mediasənayesi nümayəndələrinin geniştərkibli ənənəvi görüşündə mükafatın təqdimetmə mərasimi keçirilmişdir.

Rusiya Kino Evinin böyük zalında keçirilən tədbirdə görkəmli rejissor Vaqif Mustafayevə "Kinoteleviziya sənətinin inkişafına verdiyi töhfəyə görə" diplomu və mükafatı Rusiya Kino İncəsənəti və Kino Elmi Akademiyasının prezidenti Vladimir Naumov, Rusiya Dövlət Film Fondunun prezidenti Nikolay BorodoçovAvrasiya TeleviziyaRadio Akademiyasının prezidenti Valeri Ruzin təntənəli şəkildə təqdim etmişlər.

 

Azərbaycan.- 2011.- 26 noyabr.- S.5.