«Hər bir
istehlakçı öz hüquqlarını bilməlidir»
mövzusunda seminar keçirilmişdir
Bakı
Dövlət Universitetində İqtisadi İnkişaf Nazirliyi
yanında Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidmətinin təşkilatçılığı
ilə "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir" mövzusunda növbəti seminar
keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, Dövlət Xidməti rəisinin müavini Araz Əliyev istehlakçıların hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik və bu sahədə görülən işlər barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu sahəni tənzimləyən bir sıra normativ hüquqi aktlar qəbul olunmuş, ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsinin etibarlı təminat sistemi yaradılmışdır.
Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir" mövzusunda məruzə ilə çıxış edərək, istehlakçı hüquqları barədə ətraflı məlumat vermiş, bu sahədə dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd etmişdir.
Tədbirdə ali təhsil müəssisəsinin 200-dən artıq müəllim və tələbəsi iştirak etmişdir.
AzərTAc
Azərbaycan.- 2011.- 26 noyabr.- S.5.