Azərbaycan UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin vitse-prezidenti seçilmişdir

 

 Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyindən bildirmişlər ki, qurumun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin İndoneziyanın Bali adasında keçirilən növbəti altıncı sessiyasının sonuncu günündə - noyabrın 29-da komitənin yeni prezidenti, dörd vitse-prezidenti və məruzəçisinin seçkiləri keçirilmişdir.

Qrenada komitənin sədri, Azərbaycan, İran, Madaqaskar və Mərakeş vitse-prezidentlər, İspaniya isə məruzəçi seçilmişdir. İclasda qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin növbəti yeddinci sessiyasının Qrenadada keçirilməsi qərara alınmışdır.    

Bununla yanaşı, komitənin sessiyasında 27 digər qeyri-hökumət təşkilatı ilə yanaşı, ölkəmizin iki qeyri-hökumət təşkilatının (Azərbaycan Xalçaçılar BirliyiMusiqi Dünyası İctimai Birliyi) akkreditasiyadan keçirilməsi tövsiyə edilmişdir. QHT-lərin akkreditasiyası qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın iştirakçı dövlətlərinin 2012-ci ildə keçiriləcək baş assambleyasının dördüncü sessiyası zamanı baş tutacaqdır.

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Paris

 

Azərbaycan.- 2011.- 30 noyabr.- S.  8.