Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA Ətraf Mühit

Kampaniyasının təsisçisi Leyla xanım Əliyeva Qəbələdə

bir sıra nüfuzlu təşkilatların rəhbərləri ilə görüşmüşdür

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın təsisçisi Leyla xanım Əliyeva noyabrın 25-də Qəbələdə keçirilən "Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah" adlı gənc ekoloqların beynəlxalq düşərgəsi çərçivəsində ABŞ-ın "Earth Force" təşkilatının prezidenti və icraçı direktoru Lisa Bardvel, Böyük Britaniyanın "EcoMuslim" təşkilatının direktoru Ömər Faruk, Dünya Təbiəti Mühafizə Fondunun (WWF) İtaliya nümayəndəsi Quido Trivellini, BMT-nin Ətraf Mühit Proqramının nümayəndəsi Vondvosen Asnake Kibret, Birləşmiş Ştatların Kolorado Universitetinin ətraf mühit məsələləri üzrə Kooperativ Araşdırmalar İnstitutunun alimi Elizabet Vizerhed ilə görüşmüşdür.

Görüşdə qarşılılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, ətraf mühitin mühafizəsi üzrə birgə proqramların və layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunmuşdur.

 

AzərTAc

Azərbaycan.- 2011.- 26 noyabr.- S.4.