Nazirlər Kabineti son günlər
üç yeni qərar
qəbul etmişdir
Nazirlər Kabineti
son günlər üç yeni qərar qəbul
etmişdir. "Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli
fərmanına əsasən və Fövqəladə Hallar Nazirliyinin təklifini
nəzərə alaraq Nazirlər Kabineti "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının
(proqramlarının) siyahısı"nın təsdiq
edilməsi haqqında" özünün
2009-cu il 12 yanvar tarixli qərarında dəyişikliklər
edilməsi barədə qərar qəbul etmişdir.
Qərar noyabrın 18-dən - imzalandığı gündən qüvvəyə minmişdir.
"Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 oktyabr tarixli sərəncamının 2.2-ci bəndinə uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyinin Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə nazirlikləri və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" özünün 2010-cu il 3 noyabr tarixli qərarında dəyişiklik edilməsi barədə qərar qəbul etmişdir.
Qərar noyabrın 23-dən - imzalandığı gündən qüvvəyə minmişdir.
"Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli fərmanının 2-ci hissəsinin üçüncü abzasına əsasən Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" özünün 2010-cu il 3 noyabr tarixli qərarında dəyişiklik edilməsi haqqında qərar qəbul etmişdir.
Qərar noyabrın 24-dən - imzalandığı gündən qüvvəyə minmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda, həmçinin AzərTAc-ın www.azertag.com internet resursunda tanış olmaq mümkündür.
Azərbaycan.- 2011.- 26 noyabr.- S.3.