Ankit Xandelval: Qəbələdə
keçirilən beynəlxalq düşərgə gənc
ekoloqları ətraf mühit problemlərinin
həllində daha fəal iştiraka
ruhlandırdı
"Qəbələdə keçirilən beynəlxalq düşərgə biz gənc ekoloqları ətraf mühit problemlərinin həllində daha fəal iştiraka ruhlandırdı. Bu düşərgə bizim maariflənməmiz və qarşılıqlı əməkdaşlıq yolları ilə bağlı fikir mübadiləsi aparmağımız baxımından da çox böyük əhəmiyyətə malikdir".
Bu sözləri AzərTAc-a
müsahibəsində beynəlxalq düşərgədə
iştirak edən Danimarkanın Texniki Universitetinin
nümayəndəsi Ankit Xandelval
demişdir. Danimarkalı təmsilçi
bildirmişdir ki, gənc
ekoloqların Qəbələ Bəyannaməsinin əhatə
etdiyi prinsiplər
yaşadığımız dünyanın təhlükəsiz
məkana çevrilməsinə səsləyən çox ciddi
çağırışlardır: "Ümid
edirəm ki, dünya
ictimaiyyəti gələcək nəsillərin sağlam ətraf mühitdə
yaşamasına səsləyən bu
prinsiplərə biganə yanaşmayacaqdır".
Azərbaycan.- 2011.- 30 noyabr.- S. 3.