Qəbələdə
keçirilən beynəlxalq düşərgə yaranmaqda olan qlobal ekoloji problemlərin
həllində gənclərin rolunu
artıracaq
"Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah" devizi ilə gənc ekoloqların Qəbələdə keçirilən beynəlxalq düşərgəsi yaranmaqda olan qlobal ekoloji problemlərin həllində gənclərin rolunu artıracaq, ətraf mühitin qorunması üzrə əməkdaşlıq üçün geniş imkanlar açacaqdır".
Bu sözləri AzərTAc-a müsahibəsində beynəlxalq düşərgədə Rusiyanı təmsil edən Aleksey Petrov demişdir.
Düşərgə üçün seçilmiş "Bir yer kürəsi - bir gələcək" şüarının əhəmiyyətini vurğulayan A.Petrov demişdir ki, ətraf mühitin qorunması planetimizin təhlükəsizliyinin təmin edilməsi baxımından insanların, xüsusən də gənclərin üzərinə ciddi məsuliyyət qoyur. Qəbələdə keçirilən düşərgə bu işdə gənclərin üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmələri üçün əlverişli imkan yaradır.
Gənc ekoloqların Qəbələ Bəyannaməsində
əksini tapan prinsiplərin çox önəmli
çağırışlar olduğunu
deyən rusiyalı təmsilçi dünya
ictimaiyyətinin bu
çağırışlara cavab verməsinin
vacibliyini vurğulamışdır.
Azərbaycan.- 2011.- 30 noyabr.- S. 3.