Azərbaycan dost Pakistan xalqı ilə əlaqələri daha da gücləndirmək niyyətindədir

 

 Azərbaycan dostqardaş ölkə olan Pakistanda sel və daşqınlardan zərər çəkənlər üçün maliyyə yardımı göndərmişdir.

Türkiyənin Anadolu xəbər agentliyi İslamabaddan xəbər verir ki, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov 2 milyon ABŞ dolları məbləğində yardım çekini bu ölkənin Baş naziri Yusuf Rıza Gilaniyə təqdim etmişdir.   

Pakistan hökumətinin başçısı 2005-ci ildə olmuş Kəşmir zəlzələsi, ötən ilbu yaxınlarda baş vermiş sel fəlakətlərindən sonra yardım əlini uzadan dost Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkürünü bildirmişdir.

Azərbaycanın İslamabadda bir məktəb, yaxud park inşa etmək istədiyini bildirən səfir demişdir ki, ölkəmiz dost Pakistan xalqı ilə əlaqələri daha da gücləndirmək niyyətindədir. Diplomat Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyi üçün Pakistan rəhbərliyinə təşəkkürünü bildirmişdir.

D.Şikarov Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş nazirini ölkəmizə səfərə dəvət etdiyinidemişdir.

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Ankara

 

Azərbaycan.- 2011.- 30 noyabr.- S.  5.