Nizami Gəncəvinin 870 illik yubileyinin Rusiya Dövlət Ermitajında keçirilməsi
ilə bağlı razılıq əldə olunmuşdur
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Dövlət Ermitajının direktoru Mixail Piotrovski ilə görüşmüşdür.
Baş konsulluqdan AzərTAc-a bildirmişlər ki, görüşdə Nizami Gəncəvinin 870 illik yubileyinin Dövlət Ermitajında təntənəli qeyd edilməsi ilə bağlı razılıq əldə olunmuşdur.
Q.Osmanov Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin
rəhbəri Leyla xanım
Əliyevanın Ermitajda saxlanılan Azərbaycan
xalqının tarixi və mədəni irsini əks etdirən nadir
eksponatların daimi fəaliyyət
göstərən ilk sərgisinin
yaradılması təşəbbüsünü
M.Piotrovskiyə çatdırmışdır. Məsələ
müsbət həllini tapmışdır. Dövlət
Ermitajı və Heydər Əliyev Fondunun
Rusiya nümayəndəliyi arasında Ermitajda saxlanılan Azərbaycan
eksponatlarının ilk daimi
fəaliyyət göstərən sərgisinin
yaradılması haqqında niyyət protokolunun
imzalanması 2012-ci ilin yanvarında nəzərdə
tutulmuşdur.
Azərbaycan.- 2011.- 30 noyabr.- S. 7.