Bolqarıstan Elmlər Akademiyasının
prezidenti AMEA-da olmuşdur
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Rəyasət
Heyətində Bolqarıstan
Elmlər Akademiyasının
prezidenti, akademik Nikola
Sabotinov ilə görüş keçirilmişdir.
Akademiyadan bildirmişlər ki,
görüşdə AMEA-nın
prezidenti, akademik Mahmud
Kərimov və AMEA Rəyasət Heyətinin xarici
əlaqələr şöbəsinin
rəhbəri, professor Ədalət
Həsənov iştirak
etmişlər.
Tədbirdə ölkələrimiz arasında
yaradılmış elmi
əməkdaşlıq əlaqələrindən
söhbət açılmışdır. Bu əlaqələrin yeni istiqamətlərinin müəyyənləşdirilməsi,
gələcək inkişaf
perspektivlərinin təyin
olunmasının, digər
sahələrlə yanaşı,
elmi-texniki sahədə
davamlı inkişafın,
bilik və təcrübə mübadiləsi
aparılmasının vacib
şərtlərdən olduğu
qeyd edilmişdir.
Görüşdə, həmçinin Azərbaycan
və Bolqarıstan arasında elm sahəsində
sazişin imzalanması
müzakirə olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2011.- 30 noyabr.- S. 7.