“Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 199-IVQD nömrəli Qanununun
tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun
və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli
387 nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr
tarixli 199-IVQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı tədbirlər görsün.
3. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8, III kitab, maddə 610; 2001, ¹ 10, maddə 646; 2002, ¹ 5, maddələr 273, 279, ¹ 7, maddə 413, ¹ 8, maddə 478, ¹ 9, maddə 563; 2003, ¹ 8, maddə 434; 2004, ¹ 1, maddə 19, ¹ 5, maddə 345; 2005, ¹ 1, maddə 18, ¹ 4, maddə 299, ¹ 9, maddə 799, ¹ 12, maddə 1101; 2006, ¹ 8, maddə 676, ¹ 11, maddə 935; 2007, ¹ 1, maddə 10, ¹ 3, maddə 223, ¹ 9, maddə 865, ¹ 12, maddə 1247; 2008, ¹ 1, maddələr 7, 10; 2009, ¹ 7, maddələr 531, 534; 2010, ¹ 7, maddə 615) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3-cü hissənin dördüncü bəndində “192,” rəqəmindən sonra “192–1,” rəqəmi əlavə edilsin;
3.2. 4-cü hissədə “192-ci (Qanunsuz sahibkarlıq),” sözlərindən sonra “192–1-ci (Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi)” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
24 noyabr 2011-ci il.
Azərbaycan.- 2011.- 27 noyabr.- S. 3.