Koreya Respublikasının Prezidenti zati-aliləri cənab Li Men Baka
Hörmətli cənab Prezident!
Koreya Respublikasının
milli bayramı - Dövlətin Yaranması
Günü münasibətilə
Sizi və bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik
edirəm.
Əminəm ki, ölkələrimiz arasında mövcud dostluq əlaqələrinin
daim möhkəmləndirilməsi,
qarşılıqlı maraq
doğuran əməkdaşlığımızın
əhatə dairəsinin
genişləndirilməsi yolunda
birgə səylərimizi
bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə
möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost xalqınıza əmin-amanlıq
və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 sentyabr 2011-ci il
Azərbaycan.-2011.-2 oktyabr.-S.1.